Dialektika

Dialektika (yun. διαλεκτικήmübahisə etmək) — maddi dünyanın mövcudluğunu daimi dəyişiklik, hərəkət, mübarizə və inkişafla izah olunması üsuludur.

Ümumi məlumat

Dialektika tezis-antiteza=sintez düsturu ilə işləyir, başqa cürə buna inkarın inkarı deyilir. Bir şey(tezis) inkar olunur(antiteza) və bu inkar öz növbəsində inkar olunur(sintez), və bu əksliklərin mübarizəsi və vəhdətindən yeni bir şey yaranır. Yeni yaranan köhnənin inkarı üzərində təşəkkül tapır, ama bu inkarın müsbət həllini nəzərdə tutur, bu o deməkdir ki, yeni köhnənin ən üstün tərəflərini özündə ehtiva edir və onun yeni səviyəyə inkişafı deməkdir.

Dialektikanın özünəməxsus tarixi vardır. Qədim Yunanıstanda dialektika dedikdə ( qədim yunanca mübahisə aparmaq sənəti, mühakimə yürütmək deməkdir) elmi müsahibə, mübahisə etmək sənətini başa düşürdülər. Qərb fəlsəfəsində və elm məktəbində sübut nəzəriyyəsi kimi mövcud olmaqdadır. Dialektika ideyaları fəlsəfənin bütün tarixi ərzində inkişaf etmişdir.

Beləliklə, dialektika:

  1. təbiət, insan cəmiyyətitəfəkkürün hərəkət, dəyişmə, təzələnmə və inkişafının ümumi qanunlarından bəhs edən elmdir.
  2. təbiət, insan cəmiyyəti və təfəkkürünün hərəkəti və inkişafı prosesidir.
  3. təbiət, cəmiyyət və təfəkkürün inkişafının ən ümumi qanunauyğunluqları haqqında təlim olmaqla prosesin daxili mənbəyini ziddiyyətlərin mübarizəsində görür.
  4. təbiətin, insan cəmiyyətinin, təfəkkürün hərəkət və inkişafının ümumi qanunları haqqında fəlsəfi təlim; bir keyfiyyətdən digərinə sıçrayışla keçidə gətirib çıxaran daxili ziddiyyətlərin və əksliklərin mübarizəsinin açılması yolu ilə, daim hərəkətdə olan və dəyişən təbiət və cəmiyyət hadisələrinin dərk edilməsinin elmi metodu. Qısa olaraq dialektikanı əksliklərin birliyi haqqında təlimdir.
  5. bir şeyin onun ziddiyyətliliyi fonunda hərəkət və inkişaf prosesidir (məsələn, hadisələrin dialektikası, tarixin dialektikası).
  6. rəqibin müddəalarında daxili ziddiyyəti aşkar etməklə söhbət, fikir mübadiləsi, mübahisə aparmaq incəsənətinin köhnəlmiş adı; mübahisədə məntiqi əsasları tətbiq etmək bacarığıdır [1].

Hegelin dialektikası idealist dialektika olmaqla dialektikanın ikinci mühüm tarixi formasını təşkil etmişdir. K.Marks və F.Engels tərəfindən yaradılan dialektika dialektikanın üçüncü tarixi formasını təşkil edir. Bununla belə dialektikanın müxtəlif variantları da ola bilər. Məsələn, neqativ dialektika, antinomik dialektika, paradoksal dialektika və transsendental dialektika vardır. Dialektika nəzəriyyə və metodun üzvi vəhdətindən təşkil olunmuşdur. Dialektika qarmaqarışıq, nizamsız, dövrəvi, funksional olan istənilən hərəkəti qəbul etməklə yanaşı, onların hərəkətindəki qayıtmazlığı, istiqamətliliyi, sistemin keyfiyyətcə dəyişilməsinə aparan hərəkətlərə xüsusi diqqət verir və onları inkişaf kimi xarakterizə edir. Dialektika metod olmaq etibarı ilə metodoloji funksiyaları yerinə yetirir və dialektik məntiqin prinsipləri kimi qəbul edilən bir sıra prinsipləri formula edir. Onlardan ən başlıcaları olan hərtərəflilik, istorizm və ziddiyyətlilik prinsiplərini göstərmək olar.

Dünya və idrakın öyrədilməsinə dair konsepsiyalardan və ya metodlardan ən qədimi metafizikadır. Metafizika yunanca fizikadan sonra mənasını verir və o, e.ə. I əsrdə Aristotelin əsərlərinin nəşriçisi samoslu Andronikin elmə daxil etdiyi anlayışdır. O, Aristotelin varliğin və idrakın ümumi problemlərindən bəhs edən əsərlərini «Metafizika» adlandırmışdı. Metafizika təbiəti tədqiq etmək, öyrənmək metodu kimi Yeni dövr fəlsəfəsində formalaşmışdır. O, təbiəti öz tərkib hissələrinə parşalayaraq, həmin hissələrdən hər birini ayrılıqda, dəyişikliksiz və inkişafdan kənarda öyrənmək metodundan ibarət olmuşdur.

Dialektika hərəkət və inkişaf haqqında elm və univrsal idrak metodu olmaq etibarı ilə öz alternativlərindən keyfiyyətcə fərqlənən bir elmdir. Onun bir elmi sistem olmaqla qanun və kateqoriya aparatı, onların bir – birilə qarşılıqlı əlaqələri, nizamlılığı və sistemliyi vardır.

Digər dillərdə
Afrikaans: Dialektiek
Alemannisch: Dialektik
አማርኛ: ዳያሌክቲክ
aragonés: Dialectica
العربية: جدلية
asturianu: Dialéutica
تۆرکجه: دیالکتیک
башҡортса: Диалектика
Boarisch: Dialektik
беларуская: Дыялектыка
беларуская (тарашкевіца)‎: Дыялектыка
български: Диалектика
brezhoneg: Daelerezh
bosanski: Dijalektika
català: Dialèctica
нохчийн: Диалектика
کوردی: دیالێکتیک
čeština: Dialektika
Cymraeg: Dilechdid
dansk: Dialektik
Deutsch: Dialektik
Ελληνικά: Διαλεκτική
English: Dialectic
Esperanto: Dialektiko
español: Dialéctica
eesti: Dialektika
euskara: Dialektika
فارسی: دیالکتیک
français: Dialectique
galego: Dialéctica
עברית: דיאלקטיקה
Fiji Hindi: Dialectic
hrvatski: Dijalektika
magyar: Dialektika
հայերեն: Դիալեկտիկա
Bahasa Indonesia: Dialektik
Ilokano: Dialektiko
íslenska: Þrætubók
italiano: Dialettica
日本語: 弁証法
ქართული: დიალექტიკა
Qaraqalpaqsha: Dialektika
한국어: 변증법
kurdî: Diyalektîk
Кыргызча: Диалектика
Latina: Dialectica
Lingua Franca Nova: Dialetica
Limburgs: Dialektiek
lietuvių: Dialektika
latviešu: Dialektika
македонски: Дијалектика
монгол: Диалектик
မြန်မာဘာသာ: ဒိုင်ယာလက်တစ်
Nederlands: Dialectiek
norsk nynorsk: Dialektikk
norsk: Dialektikk
occitan: Dialectica
ਪੰਜਾਬੀ: ਵਿਰੋਧਵਿਕਾਸ
polski: Dialektyka
Piemontèis: Dialética
پنجابی: ڈایالیکٹک
português: Dialética
română: Dialectică
русский: Диалектика
русиньскый: Діалектіка
саха тыла: Диалектика
Scots: Dialectic
سنڌي: جدليات
srpskohrvatski / српскохрватски: Dijalektika
Simple English: Dialectic
slovenčina: Dialektika
slovenščina: Dialektika
shqip: Dialektika
српски / srpski: Дијалектика
svenska: Dialektik
Kiswahili: Upembuzi
Türkçe: Diyalektik
татарча/tatarça: Диалектика
українська: Діалектика
اردو: جدلیات
oʻzbekcha/ўзбекча: Dialektika
Tiếng Việt: Biện chứng
Winaray: Dialektiko
吴语: 辩证法
მარგალური: დიალექტიკა
ייִדיש: דיאלעקטיק
Vahcuengh: Bienhcingqfap
中文: 辩证法
文言: 辯證法
Bân-lâm-gú: Piān-chèng
粵語: 辯證法