Darvinizm

Çarlz Darvinin baxışlarına əsaslanan, Yer kürəsində üzvi aləmin materialist təkamülü (tarixi inkişafı) nəzəriyyəsidir. "Biql" gəmisində 5 illik (1831-1836) dünya səyahətindəki müşahidələr, dövrün bioloji və seleksiya təcrübəsi nailiyyətlərinin ümumiləşdirilməsi təkamül nəzəriyyəsinin yaradılması üçün Ç. Darvinə əsas verdi. Ç. Darvin 1837-ci ildə təkamül nəzəriyyəsini işləməyə başalmış lakin onu ilk dəfə 1858-ci ildə Londonda, Linney cəmiyyətinin iclasında təbii seçmə nəzəriyyəsinin əsas müddəalarına dair məruzəsində təqdim etmişdir. Həmin iclasda çıxış edən A. Uollesin baxışları Ç. Darvinin baxışları ilə üst-üstə düşmüşdü. Lakin A. Uolles etiraf etdi ki, Darvin təkamül nəzəriyyəsini ondan əvvəl daha dolğun və dərin işləmişdir. O, 1889-cu ildə çap etdirdiyi kitabını da "Darvinizm" adlandırmışdır.Darvinizm təlimində Ç. Darvin iki əsas dəyişkənlik tipinin olduğunu qeyd edirdi.

  1. Müəyyən dəyişkənlik-Xarici mühit amillərinin təsirinə cavab olaraq orqanizmin uyğunlaşma reaksiyaları.
  2. Qeyri-müəyyən dəyişkənlik-Xarici mühit amillərinin təsiri ilə meydana gələn lakin uyğunlaşma xarakteri daşımayan dəyişikliklər.

Ç. Darvin qeyri-müəyyən dəyişiklikləri təkamül üçün başlıca material mənbəyi sayırdı. Müasir biologiyanın müəyyən etdiyi kimi təkamül üçün material yalnız mutasiya və çarpazlaşma nəticəsində meydana çıxan mutasiyalar kombinasiyasına əsaslanan qeyri-müəyyən dəyişikiklər ola bilər. Orqanizmlərlə ətraf mühitin qarşılıqlı münasibəti yaşama uğrunda mübarizədə öz əksini tapır. Ç. Darvinə görə bu mübarizə bir növün bütün fərdləri üçün lazım olan həyat vasitələrinin (qida, işıq, sığınacaq, ərazi, hava, su) çatışmaması nəticəsində baş verir. Yaşamaq uğrunda mübarizədə məğlub olan fərdlər daha da zəifləyib nəsil törədə bilmir. Bu mübarizədən qalib çıxan daha doğrusu ətraf mühitə uyğunlaşa bilən fərdlər öz inkişaflarını davam etdirirlər.Eyni ərazidə yaşayan bir növün fərdləri arasında daima kəskin mübarizə gedir. Yuxarıda qeyd olunduğu kimi ətraf mühitə uyğunlaşa bilən fərdlər inkişaf edib yeni növ, və ya eyni növdə yeni əlamət yarada bilər. Əlamətlərin bu üsulla ayrılması divergensiya adlanır.Təkamülün əsas hərəkət verici qüvvəsi təbbi seçmədir. Təbbi seçmə isə yaşamaq uğrunda mübarizənin nəticəsidir. Çarlz Darvinin elmə əsas xidməti bu hərəkət verici qüvvənin kəşf etməsi olub.

İstinadlar

Digər dillərdə
Afrikaans: Darwinisme
aragonés: Darwinismo
العربية: داروينية
asturianu: Darvinismu
български: Дарвинизъм
català: Darwinisme
čeština: Darwinismus
dansk: Darwinisme
Deutsch: Darwinismus
Ελληνικά: Δαρβινισμός
English: Darwinism
Esperanto: Darvinismo
español: Darwinismo
eesti: Darvinism
euskara: Darwinismo
فارسی: داروینیسم
suomi: Darvinismi
français: Darwinisme
galego: Darwinismo
हिन्दी: डार्विनवाद
hrvatski: Darvinizam
magyar: Darwinizmus
հայերեն: Դարվինիզմ
Bahasa Indonesia: Darwinisme
ქართული: დარვინიზმი
қазақша: Дарвинизм
Кыргызча: Дарвинизм
Latina: Darwinismus
lietuvių: Darvinizmas
македонски: Дарвинизам
Bahasa Melayu: Darwinisme
Nederlands: Darwinisme
norsk: Darwinisme
polski: Darwinizm
português: Darwinismo
русский: Дарвинизм
संस्कृतम्: जीवविकासवादः
Scots: Darwinism
Simple English: Darwinism
slovenčina: Darvinizmus
slovenščina: Darvinizem
српски / srpski: Дарвинизам
svenska: Darwinism
тоҷикӣ: Дарвинизм
Türkçe: Darwinizm
українська: Дарвінізм
اردو: ڈارونیت
oʻzbekcha/ўзбекча: Darvinizm
Tiếng Việt: Học thuyết Darwin