Corciya boğazı

Corciya boğazı
ing. Strait of Georgia
Strait of Georgia Vancouver.jpg
49°18′N 123°46′W / 49°18′N 123°46′W / 49.300; -123.767
AkvatoriyasıSakit okean Seliş dənizi
ÖlkəFlag of Canada.svg Kanada
AyırırVankuver adasını materikdən
Enminimum 18,5 km
Uzunluq240 km
Ən böyük dərinliyi447 m
Corciya boğazı (Kanada)
Corciya boğazı
PNW-straits.jpg

Corciya boğazı (ing. Strait of Georgia) - Sakit okeanında Kanadanın cənub-qərbində Britaniya Kolumbiyası vilayəti ilə ABŞ-ın Vaşinqton ştatının şimal-qərbində yerləşir. Seliş dənizinin bir hissəsidir. Vankuver adasını materikdən ayırır. Diskoveri adası boğazı iki yerə bölür: Conston, Şahzadə Şarlotta boğazı. Cənubda isə San-Xuan arxipelaqı boğazı kiçik hissələrə bölür. Uzunluğu 240 km, eni isə 18,5 – 55 km arası dəyişir. Orta dərinlik 156 m, ən dərin yeri 447 m təşkil edir. Su səthinin sahəsi 6,800 km² təşkil edir. Boğaza tökülən ən böyük çay Freyzerdir və bu boğaza tökülən suyun 80%-ni təşkil edir. Burada çoxlu adalar vardır ki, ən böyük olanı Teksada adasıdır. Adına gəldikdə isə 1792-ci ildə Corc Vankuver kral III Qeorqun şərəfinə Corciya körfəzi adlandırmışdır. 1865-ci ildə isə bu sututarın körfəz deyil boğaz olduğunu müəyyən edir. Boğazı yerli xalq körfəz adlandırır.

  • mənbə

Mənbə

Digər dillərdə
беларуская: Праліў Джорджыі
Esperanto: Georgia Markolo
Bahasa Indonesia: Selat Georgia
Nederlands: Straat van Georgia
srpskohrvatski / српскохрватски: Georgia (tjesnac)
slovenčina: Strait of Georgia
svenska: Georgiasundet
українська: Джорджія (протока)