Cek Keruak

Cek Keruak
ing. Jack Kerouac
Kerouac by Palumbo.jpg
Doğum tarixi 12 mart 1922(1922-03-12)
Doğum yeri Massaçusets
Flag of the United States.svg ABŞ
Vəfatı 21 oktyabr 1969 (47 yaşında)
Vəfat yeri Florida
Flag of the United States.svg ABŞ
Milliyyəti Amerikan
Fəaliyyəti Bit cərəyanı
İstiqamət Postmodernizm
Janr Nəsr
İmzası
Jack Kerouac signature.svg

Cek Keruak (doğum adı Cin Luiz Keruak; 12 mart, 1922 - 21 oktyabr, 1969) — Amerikalı yazıçı və şair. Yaxın dostları Allen Qinzberq və Uilyam Borrouz ilə birlikdı Bit cərəyanının qurucusu və "Yolda" (On the Road) adlı romanıyla bu cərəyanın simvolu olaraq qəbul edilir.

Kerukak 1922-ci ildə Louvel, Masaçusets'də dünyaya gəldi. Atası Leo-Alkayd Keruak və anası Qabriel Anqe Levesqi, Kvebekin yerlilərindən Fransız mənşəli Kanadalılardı. Ailə bir müddət sonra Louvel'ə köçmüşdü. Jack Jean Louis Kirouac adı ilə vəftiz edildi və ana dili evdə danışılan Kvebek Fransızcasıydı. Keruak ingiliscəni ancaq 6 yaşında məktəbə başladıqdan sonra öyrəndi.

Dörd yaşında ikən böyük qardaşı Cerard daha sonra Visions of Gerard romanında izah ediləcək bir revmatik xəstəlik nəticəsində doqquz yaşında vəfat etdi. Anası dindar bir Katolik idi və ərinin içki, tütün və qumara olan düşkünlüyü artdıqca inancı daha da dərinləşdi. Keruak anasına çox bağlı idi və anasının onun üzərindəki təsiri böyük idi. Keruak sonralar ondan "aşiq olduğum tək qadın" olaraq bəhs edirdi.

Amerikan futbolundakı qabiliyyəti sayəsində burs qazanaraq Nyu Yorkda Kolumbiya Universitetinə daxil oldu. Ağır bir zədə və məşqçisi ilə olan ziddiyətlərin nəticəsində idman karyerası sona çatır, burs isə təkrarlanmır. Bundan sonra universitetdən ayrılan Keruak bir müddət Nyu Yorkun Upper West Side məhəlləsində sevgilisi Edi Parker ilə yaşayır. Romanlarında həmişə bəhs edəcəyi Bit cərəyanının nüvəsini meydana gətirən insanlarla da məhz burada tanış olur: Allen Qinzberq, Nil Kasadi və Uilyam Borrouz.

1942-ci ildə dəniz ticarət donanmasına, 1943-cü ildə də Dəniz Qüvvələrinə qoşuldu, lakin şizoid bir şəxsiyyətə sahib olduğu səbəbiylə ordudan uzaqlaşdırıldı.

1944-cü ildə dostu Lusiyen Karr'ın törətdiyi bir cinayətdə Borrouz'la birlikdə şübhəli bilinərək həbs olundular. Edi'nin babasından qalan mirası ala bilməsi üçün həbsxanada ikən onunla evləndi və beləliklə girov ödənişi ödəyə bildi.

Həddindən artıq dozada spirt qəbul edən Cek Keruak, 47 yaşında serrozdan qaynaqlanan şiddətli daxili qanama keçirdərək öldü.

Ölümündən qabaq üçüncü arvadı Stella Sampas Keruak və anası Qabriyel ilə birlikdə yaşayırdı. Mirasının böyük bir qismi anasına qaldı. Qabriyel 1973-cü ildə öldükdən sonra, qoyduğu bir vəsiyyətə uyğun olaraq əsərlərinin hüquqları Stella'ya keçdi. 2009-cu ildə digər ailə üzvlərinin bir Florida məhkəməsinə müraciət etməsi ilə bu vəsiyyətin saxta olduğu müəyyən olundu.

Keruak'ın bütün kitablarının avtobioqrafik olduğu deyilir.

İlk kitabı "The Town and the City" 1950-ci ildə "John Kerouac" imzası ilə çap olundu. Tənqidçilərdən az sayda, amma müsbət reaksiyalar alsa da çox az satıldı.

1951-ci ildə yazılan və Viking Press tərəfindən 1957-ci ildə nəşr olunan Yolda (On the Road), spontan və görünüşə görə redaksiyadan keçməmiş yazı tərzi, enerjisiylə, tanınmış yazıçıları bir xeyli təəccübləndirdi. Çox satıldı və onu məşhur edən kitab da məhz bu oldu. Böyük ölçüdə avtobioqrafik olan və bir çox ünsürü real həyatdan götürülən romanda, Keruak'ın əsrin ortalarında ABŞ-ı başdan-başa gəzmək üçün çıxdığı yolda başına gələnləri və qazandığı dost çevrəsi haqqında yazılıb.

Kitabları

  • 1950 - The Town and the City
  • 1957 - On the Road
  • 1958 - The Subterraneans
  • 1958 - The Dharma Bums
  • 1959 - Doctor Sax
  • 1959 - Maggie Cassidy
  • 1959 - Mexico City Blues
  • 1960 - Book of Dreams
  • 1960 - Tristessa
  • 1960 - Visions of Cody
  • 1960 - The Scripture of the Golden Eternity
  • 1960 - Lonesome Traveler
  • 1961 - Pull My Daisy
  • 1962 - Big Sur
  • 1963 - Visions of Gerard
  • 1965 - Desolation Angels
  • 1966 - Satori in Paris
  • 1968 - Vanity of Duluoz
Digər dillərdə
Afrikaans: Jack Kerouac
aragonés: Jack Kerouac
العربية: جاك كيروك
অসমীয়া: জেক কেৰুৱাক
asturianu: Jack Kerouac
تۆرکجه: جک کرواک
беларуская: Джэк Керуак
беларуская (тарашкевіца)‎: Джэк Кэруак
български: Джак Керуак
brezhoneg: Jack Kerouac
català: Jack Kerouac
čeština: Jack Kerouac
Cymraeg: Jack Kerouac
Deutsch: Jack Kerouac
Ελληνικά: Τζακ Κέρουακ
English: Jack Kerouac
Esperanto: Jack Kerouac
español: Jack Kerouac
euskara: Jack Kerouac
فارسی: جک کرواک
français: Jack Kerouac
Gaeilge: Jack Kerouac
galego: Jack Kerouac
עברית: ג'ק קרואק
हिन्दी: जैक केरुयक
hrvatski: Jack Kerouac
magyar: Jack Kerouac
Հայերեն: Ջեք Քերուակ
Bahasa Indonesia: Jack Kerouac
íslenska: Jack Kerouac
italiano: Jack Kerouac
Basa Jawa: Jack Kerouac
ქართული: ჯეკ კერუაკი
қазақша: Керуак Джек
한국어: 잭 케루악
Кыргызча: Керуак Жэк
lumbaart: Jack Kerouac
lietuvių: Jack Kerouac
latviešu: Džeks Keruaks
Malagasy: Jack Kerouac
Nederlands: Jack Kerouac
occitan: Jack Kerouac
polski: Jack Kerouac
Piemontèis: Jack Kerouac
português: Jack Kerouac
română: Jack Kerouac
русский: Керуак, Джек
srpskohrvatski / српскохрватски: Jack Kerouac
Simple English: Jack Kerouac
slovenčina: Jack Kerouac
српски / srpski: Џек Керуак
svenska: Jack Kerouac
Türkçe: Jack Kerouac
українська: Джек Керуак
Tiếng Việt: Jack Kerouac
Winaray: Jack Kerouac
Yorùbá: Jack Kerouac