Bricitt Uilson

Infobox-realisateur.png
Bricitt Uilson
ing. Bridgette Wilson

İlk adıBricitt Linn Uilson
Doğum tarixi
25 sentyabr 1973 (1973-09-25) (45 yaş)
Doğum yeriFlag of the United States.svg ABŞ
VətəndaşlığıFlag of the United States.svg ABŞ
Peşəsiaktyor, müğənni, model, television actor, bəstəkarkino aktyoru
IMDb:ID 0933098

Bricitt Linn Uilson-Sampras (ing. Bridgette Leann Wilson-Sampras) - ABŞ aktrisası və ifaçısıdır. Ən məşhur rolu Ölümcül döyüş filmindəki Sonya Bleyd roludur.

Həyatı

Bricitt Linn Uilson 25 sentyabr 1973-ci il tarixində ABŞ-ın Oreqon ştatının Qold-Biç şəhərində Keti və Deyl Uilson ailəsində dünyaya gəlmişdir. Onun bacısı Treysi Uilson uşaqlıq illərindən filmlərə çəkilirdi. Bricitt uşaqlıqdan incəsənətlə və şou-bizneslə maraqlanırdı. 1990-cı ildə "Miss Teen USA" gözəllik müsabiqəsinə qatılan Bricitt yarışmanın qalibi olur. 1991-ci ildə Qold Biçdə orta məktəbi bitirir. 1992-ci ildə televiziyaya dəvət edilən Bricitt film karyerasını uğurla davam etdirir. Bricitt Uilson 20 sentyabr 2000-ci ildə məşhur ABŞ tennisçisi Pit Sampras ilə evlənmişdir. Onların Kristian Çarlz (2001) və Rayan Nikolas (2005) adlı övladları vardır. Bricitt 2006-cı ildə «The Rocky Horror Show» proektinə qatılır və həmin ildə "Kainatın Missi" müsabiqəsində jüri kimi çıxış edir. Bununla bərabər Bricittin karyerasında ifaçılıq sənəti mühüm yer tutur. Onun «I Only Wanna Be with You» (1994) və «Gimme A Kiss» (1996) adlı albomları 1990-cı illərin ortalarında, müxtəlif hit-paradlarda yüksək mövqe tutmuşdur.

Digər dillərdə
asturianu: Bridgette Wilson
Bahasa Indonesia: Bridgette Wilson
한국어: 브리짓 윌슨
português: Bridgette Wilson
srpskohrvatski / српскохрватски: Bridgette Wilson
српски / srpski: Бриџет Вилсон
Tiếng Việt: Bridgette Wilson