Blok

Blok - çənbəri üzərində nov olan və oxa nəzərən fırlana bilən çarx olub sadə mexanizmlərə aiddir və iki növü vardır: tərpənən və tərpənməz bloklar. Tərpənən blok - qüvvədə 2 dəfə qazanc əldə etmək məqsədi ilə istifadə olunan birinci növ lingdir. Birinci növ ling - qollara təsir edən qüvvələrin hər ikisi dayaq nöqtəsindən bir tərəfdə olan lingdir. Blokdan aşırılmış ipə F qüvvəsi ilə təsir etdikdə, o dayaq nöqtəsi ətrafında dönür. Bu qüvvənin qolu blokun OB=2r diametrinə bərabərdir. Blokdan asılan yükə təsir edən ağırlıq qüvvəsinin həmin dayaq nöqtəsinə nəzərən qüvvə qolu isə OA=r - dir.

Blokun tarazlıq şərti - bloku saat əqrəbi istiqamətində fırladan qüvvələrin momentləri cəminin saat əqrəbinin əksi istiqamətində fırladan qüvvələrin momentləri cəminə bərabər olmasıdır: F2r=mgr. Buradan , F=mg/2. Yəni,tərpənən blok qüvvədə 2 dəfə qazanc verir.

Tərpənməz blok - qüvvədə qazanc verməyib, onun təsir istiqamətini dəyişən və qolları bərabər olan ikinci növ lingdir. İkinci növ ling - qollara təsir edən qüvvələr lingin dayaq nöqtəsindən müxtəlif tərəflərdə olan sadə mexanizmdir. Sadə mexanizmlər qüvvəni dəyişmək üçün işlədilən alətlərdir. Tarazlıq şərti: Fr=mgrF=mg. Yəni,tərpənməz blok qüvvədə qazanc vermir.

Blok sözünün həmçinin, bir neçə mənası daha vardır. Onlara nəzər yetirək:

1. Hərfi anlamda: bir-birinə bənzər elementlər qrupu; məsələn: verilənlər baytları, yaddaş oyuqları və ya mətn seqmentləri. Bu termin müxtəlif kontekstlərdə işlədildiyindən onun dəqiq mənası təşkil olunduğu elementlərin tipindən asılı olur.

2. Proqramlaşdırmada: əməliyyat sistemi tərəfindən müvəqqəti olaraq proqrama ayrılmış (verilmiş) operativ yaddaşın bir bölməsinə və ya proqramın vahid tam kimi baxılabilən deyimlər qrupu.

3. Rabitə sistemlərində: identifikasiya kodlarından, verilənlərin özlərindən və xəta aşkarlama kodlarından ibarət olan ötürülən informasiya elementi.

4. Yaddasaxlama qurğularında: tam şəkildə oxunan və yazılan verilənlərin ardıcıl baytlarının qrupu.

5. Videosistemlərdə: vahid obyekt kimi emal olunan piksellərin düzbucaqlı şəbəkəsi.

6. Tətbiqi proqramlarda: ayrılan və sonradan onunla vahid tam kimi manipulyasiya edilən mətn seqmenti.

  • Ədəbiyyat

Ədəbiyyat

M.Murquzov. Fizika. VII sinif. Bakı.

İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Digər dillərdə
Afrikaans: Katrol
አማርኛ: በከራ
aragonés: Carrucha
العربية: بكرة
asturianu: Polea
Bikol Central: Moton
беларуская: Блок (механіка)
беларуская (тарашкевіца)‎: Блёк
български: Макара
Bahasa Banjar: Takal
bosanski: Čekrk
català: Corriola
čeština: Kladka
Cymraeg: Pwli
Ελληνικά: Τροχαλία
English: Pulley
Esperanto: Pulio
español: Polea
eesti: Rihmaratas
euskara: Polea
suomi: Talja
français: Poulie
Gaeilge: Ulóg
galego: Polea
עברית: גלגלת
हिन्दी: घिरनी
hrvatski: Kolotura
Kreyòl ayisyen: Pouli
magyar: Csiga (gép)
Bahasa Indonesia: Katrol
Ido: Pulio
íslenska: Talía
italiano: Carrucola
日本語: 滑車
Patois: Puli
қазақша: Шкив
ಕನ್ನಡ: ರಾಟೆ
한국어: 도르래
Latina: Trochlea
lietuvių: Skridinys
latviešu: Trīsis
македонски: Чекрк
മലയാളം: കപ്പി
Bahasa Melayu: Kapi
မြန်မာဘာသာ: စက်သီး
नेपाली: घिर्नी
Nederlands: Katrol
norsk nynorsk: Trinse
norsk: Trinse
occitan: Carrèla
português: Polia
Runa Simi: Phiruru
română: Scripete
sicilianu: Cùrrula
Scots: Pulley
srpskohrvatski / српскохрватски: Čekrk
Simple English: Pulley
slovenčina: Kladka
slovenščina: Škripec
српски / srpski: Чекрк
தமிழ்: கப்பி
ತುಳು: ರಾಟೆ
ไทย: รอก
Tagalog: Kalo
українська: Блок (механіка)
Tiếng Việt: Ròng rọc
Winaray: Mutón
中文: 滑轮
文言: 滑輪
Bân-lâm-gú: Ka-lak
粵語: 轤轆