Berlin Humboldt Universiteti

Berlin Humboldt Universitetinin loqosu
Universitetin əsas binası

Berlin Humboldt Universiteti ( alm. Humboldt-Universität zu Berlin, qısaca HU Berlin, lat. Alma Mater Berolinensis) — Berlinin dörd ən qədim universitetindən biri. 16 avqust 1809-cu ildə Vilhelm Humboldt tərəfindən təsis edilib. 1828-ci ildə Prussiya kralı III Fridrix Vilhelmin şərəfinə Fridrix Vilhelm Universiteti adlandırılıb. 1949-ci ildə Humboldt qardaşları şərəfinə adı dəyişdirilib.

Universitetdə tədris 1810-cu ildə başlayıb. O zaman onun 256 tələbəsi var idi. Hal-hazırda 34 min 612 tələbəsi vardır.

Avropanın ən nüfuzlu elmi mərkəzlərindən biridir.

Ümumi məlumat

Universitetin 11 fakültəsi və bir neçə mərkəz və institutu var. Tələbələrin 14%-i 100 müxtəlif ölkədən gələnlərdir. Bir semestrdə təhsil haqqı 242,68 avrodur. Universitet dünyanın 170 tədris müəssisəsi ilə əlaqə saxlayır.

Digər dillərdə
Bahasa Indonesia: Universitas Humboldt Berlin
srpskohrvatski / српскохрватски: Хумболтов универзитет у Берлину
oʻzbekcha/ўзбекча: Berlin universiteti