Benjamin Konstan

Picto infobox character.png
Benjamin Konstan
fr. Henri-Benjamin Constant de Rebecque
Fotoqrafiya
Doğum tarixi
25 oktyabr 1767(1767-10-25)
Doğum yeriLozanna Flag of Switzerland.svg İsveçrə
Vəfat tarixi8 dekabr 1830 (63 yaşında)
Vəfat yeriParis Flag of France.svg Fransa
Dəfn yeriPer-Laşez qəbiristanlığı[1]
PartnyoruAnna De Stal
VətəndaşlıqFlag of France.svg Fransa
İsveçrə
PeşələriYazıçı, siyasətçi
TəhsiliEdinburq Universiteti
VikiAnbarda Commons-logo.svg əlaqəli mediafayllar

Benjamin Anri Konstan de Rebek və ya sadəcə Benjamin Konstan (fransız: [kɔ̃stɑ̃]; fr. Henri-Benjamin Constant de Rebecque; 25 oktyabr 1767, Lozanna, İsveçrə8 dekabr 1830, Paris, Fransa) — Fransız liberalizminin ideoloqu, yazıçı və siyasi xadim Bencamin Konstan de Rebek (1767–1830) 18-ci əsrin sonu — 19-cu əsrin başlanğıcında Fransada baş verən böyük tarixi hadisələrin müasiri olmuşdur.

Həyatı

İsveçrədə ortabab zadəgan ailəsində doğulmuş Konstan sonralar AlmaniyaFransada mükəmməl təhsil alır. 1799-cu ildə əqidəsi üzündən hersoq Braunşveyqin yanındakı işi ataraq inqilab cəbhəsinə qoşulur. 1799-cu ildə Napoleon onu öz yanında qulluğa dəvət edir. Lakin tezliklə Konstan diktatora qar.ı müxalifətə keçir və 1803-cü ildə 11 il müddətinə Fransanı tərk etməli olur. O, mühacirətdə olarkən, Höte və Şillerlə yaxşı ünsiyyət yaradır, iki dövri nəşrə redaktorluq edir, fəal təbliğat işi aparır. Konstan vətənə yalnız 1814 -cü ildə — monarxiya bərpa edildikdən sonra qayıdır. Lakin möhkəm əqidəli respublikaçı olan Konstan ―heç nəyi unutmaq və heç nəyi öyrənmək istəməyən monarxistlərlə ümumi dil tapa bilməyib onlardan üz döndərir. Konstanın cəmiyyətdəki nüfuzu o qədər böyük idi ki, Napoleon onunla köhnə ədavətinə baxmayaraq, hakimiyyətə ―yüzgünlük qayıdışı dövründə yeni Konstitusiyanı tərtib etməyi məhz ona tapşırır. Monarxiyanın ikinci bərpasından sonra Konstan yenə Fransanı tərk etməli olur. Lakin bu mühacirət uzun çəkmir, tezliklə o, vətənə qayıdır və öncül demokrat publisistlərdən biri olur. 1819-cu ildə o, Deputatlar Palatasına (qanunverici məclis) üzv seçilir və kral partiyasına qarşı müxalif fraksiyanın liderinə çevrilir. 1830-cu il inqilabından sonra Konstan Fransa Dövlət şurasının sədri seçilir, lakin elə həmin il də dünyasını dəyişir.

Digər dillərdə
македонски: Бенжамен Констан
slovenčina: Benjamin Constant
српски / srpski: Бенжамен Констан
українська: Бенжамен Констан
Tiếng Việt: Benjamin Constant