Balet

Koloradoda balet rəqsi
Balet tamaşası elementi
Baletdə təadul çox önəmlidir

Balet (fransız sözü “balleto”dan götürülüb, mənası – “rəqs edirəm” deməkdir) səhnə sənətinin bir növü, xoreoqrafiyanın ən yüksək pilləsidir. Əsas ifadə vasitələri bir-biri ilə qırılmaz tellərlə bağlanmış musiqi və rəsqdir. Baletdə rəqs sənəti musiqili-səhnə tamaşaları səviyyəsinə yüksəlir.

Balet tarixi

İlk balet əsəri Fransada 15 oktyabr 1581-ci ildə tamaşaya qoyulub. Bu italiyalı Baltazarini tərəfindən quruluş verilmiş «Kraliçanın komediyalı baleti» (və ya «Tserseya») tamaşası idi.

Adətən, baletin əsasında müəyyən bir süjet, dramaturji ideya dayanır, lakin süjetsiz baletlər də var. Baletdə əsasən, klassik və xarakterik rəsqlərdən istifadə olunur. Ancaq bu sənət növündə pantomima da mühüm rol oynayır. Aktyorlar qəhrəmanların hisslərini, səhnədə baş verənlərin mahiyyətini pantomimanın köməyilə çatdırırlar. Həmçinin,müasir baletdə gimnastika və akrobatika elementlərindən də geniş istifadə olunur.

Balet İntibah dövründə İtaliyada musiqili tamaşaların – operaların tərkib hissəsi kimi – kiçik rəqs epizodları qismində meydana çıxıb (XVI əsr). Musiqi, söz, rəqs və pantomimanı birləşdirən ilk balet tamaşası “Çirçeya” və ya “Kraliçanın gülməli baleti” italiyalı baletmeystr Baltazarini di Belcoyozo tərəfindən 1581-ci ildə Yekaterina Mediçinin sarayında səhnələşdirilib. O vaxtdan da Fransada saray baleti janrı inkişaf etməyə başlayıb. (maskaradlar, pastorallar, rəqs divertismentləri və intermediyaları). XIV Lüdovikin zamanında saray baletinin tamaşaları son dərəcə möhtəşəm səviyyəyə çatmış, tamaşalara əfsanəvi xarakter verən səhnə effektlərindən istifadə olunurdu.

XVII əsrin ikinci yarısında komediya-balet, opera-balet kimi teatral janrlar yaranır ki, onlarda baletə daha çox yer ayrılır və onun dramatikləşdirilməsinə cəhd olunur.

Balet, yalnız XVIII əsrin ikinci yarısında Fransız baletmeysteri J.J.Noverin həyata keçirdiyi islahatlar sayəsində səhnə sənətinin müstəqil növünə çevrilir. Fransız maarifçilərinin estetikasından ilhamlanan Nover, məzmunu bədii plastik obrazlar vasiləsilə açılan tamaşalar yaradaraq, musiqini “rəqqasın hərəkətlərini yönləndirən proqram” adlandırır.

Baletin sonrakı inkişaf və çiçəklənmə dövrü romantizm dövrünə təsadüf edir. XVIII əsrin 30-cu illərində fransız balerinası Kamarqo yubkasını qısaldaraq dikdaban ayaqqabılardan imtina edir və rəqsə öz yeniliklərini gətirir. XVIII əsrin sonlarında balet kostyumu daha da yüngülləşir ki, bu da rəqs texnikasının inkişafına xeyli yardım edir. Rəqslərini daha havalı etməyə çalışan rəqqassələr barmaqlarının ucuna qalxmağa çalışırlar. Nəticədə puant ixtira olunur. İlk dəfə rəqsdə puantdan ifadə vasitəsi kimi rəqqasə Mariya Talyoni istifadə edib.

Baletin müxtəlif növləri var: klassik, çoxaktlı təhkiyə baleti, drambalet, süjetsiz balet – balet –simfoniya, əfval-ruhiyyə baleti – miniatür. Janrına görə balet komik, folklor və qəhrəmanlıq baletlərinə bölünür. XX əsr isə baletə yeni formalar – cazz-balet və modern baleti gətirib.

2001-ci ildən bu, Türkmənistanda qadağan edilib. [1]

Digər dillərdə
Afrikaans: Ballet
Alemannisch: Ballett
العربية: باليه
башҡортса: Балет
беларуская: Балет
беларуская (тарашкевіца)‎: Балет
български: Балет
বাংলা: ব্যালে
brezhoneg: Barrez
bosanski: Balet
català: Ballet
Chavacano de Zamboanga: Ballet
čeština: Balet
Чӑвашла: Балет
Cymraeg: Bale
dansk: Ballet
Deutsch: Ballett
Zazaki: Bale
Ελληνικά: Μπαλέτο
English: Ballet
Esperanto: Baleto
español: Ballet
eesti: Ballett
euskara: Ballet
فارسی: باله (رقص)
suomi: Baletti
français: Ballet
Frysk: Ballet
贛語: 芭蕾
galego: Ballet
עברית: בלט
हिन्दी: बैले
hrvatski: Balet
magyar: Balett
Հայերեն: Բալետ
Bahasa Indonesia: Balet
Interlingue: Ballette
Ido: Baleto
italiano: Balletto
日本語: バレエ
Patois: Bale
Basa Jawa: Balèt
ქართული: ბალეტი
қазақша: Балет
한국어: 발레
Кыргызча: Балет
Latina: Ballatio
lietuvių: Baletas
latviešu: Balets
македонски: Балет
മലയാളം: ബാലെ
Bahasa Melayu: Balet
Nederlands: Ballet
norsk nynorsk: Ballett
norsk: Ballett
Novial: Balete
ਪੰਜਾਬੀ: ਬੈਲੇ
polski: Balet
português: Balé
română: Balet
русский: Балет
Scots: Ballet
srpskohrvatski / српскохрватски: Balet
Simple English: Ballet
slovenčina: Balet
slovenščina: Balet
shqip: Baleti
српски / srpski: Балет
Basa Sunda: Tari Balèt
svenska: Balett
தமிழ்: பாலே
тоҷикӣ: Балет
Tagalog: Ballet
Türkçe: Bale
татарча/tatarça: Balet
українська: Балет
oʻzbekcha/ўзбекча: Balet
Tiếng Việt: Múa Ba Lê
Winaray: Ballet
中文: 芭蕾舞
Bân-lâm-gú: Pa-lé-bú
粵語: 芭蕾