BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı
Food and Agricultural Organization of the United

Nations

FAO
NövüBeynəlxalq
Yaranma tarixi1945
Qeydiyyat tarixi1945
Rəsmi diliərəb, çin, ingilis, fransız, rus, ispan
MərkəziRoma, İtaliya
SədriJoze Qratsiano da Silva

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (LATI /FAO/) (ing. Food and Agricultural Organization of the United Nations, FAO) — vəzifəsi əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatını yaxşılaşdırmaq məqsədilə fərdi və kollektiv fəaliyyətlər aparmaq və həmçinin kənd təsərrüfatının inkişafı məsələləri üzrə hökumətlərarası təşkilatların işlərini əlaqələndirmək üçün BMT-nin ixtisaslaşdırılmış təşkilatı.

1945-ci ildə yaradılmışdır. Əsas vəzifələrindən biri – kənd təsərrüfatı istehsalı, meşəbalıq təsərrüfatında inkişaf etməkdə olan ölkələrə kömək göstərməkdir. Inkişaf etmiş kapitalist ölkələrdən ərzağın birbaşa digər ölkələrə çatdırılması, kənd təsərrüfatında üçün elmi araşdırmaların və işlərin həyata keçirilməsi və təşkilinə köməklik daxil olmaqla, FAO yardımı maddi və qeyri-maddi xarakter daşıyır. FAO milli və beynəlxalq miqyaslı tədbirlərdə iştirak edir.

FAO umumdünya torpaq xəritəsini tərtib etmiş, dünya səhralaşma xəritəsinin hazırlanmasında iştirak etmişdir. Hal-hazırda FAO səhralaşma problemi ilə əlaqəli 50-yə yaxın layihə həyata keçirir. Onlar arasında "Səhralaşmanın qiymətləndirilməsi və xəritələşdirilməsi", "Quraq və yarımquraq otlaq yerlərinin ekoloji idarə edilməsi" və s. var.

FAO üzvü olmayan ölkələr BMTİP xətti üzrə həyata keçirilən iri kompleks proqramlarda iştirak edirlər. FAO-nun baş qərargahı – Romada yerləşir[1].

İstinadlar

  1. Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.
Digər dillərdə
bosanski: FAO
euskara: FAO
فارسی: فائو
føroyskt: FAO
Basa Jawa: FAO
қазақша: ФАО
ភាសាខ្មែរ: FAO
Napulitano: FAO
norsk nynorsk: FAO
Piemontèis: FAO
srpskohrvatski / српскохрватски: Organizacija za prehranu i poljoprivredu