Bələdiyyə

Bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə forması. Bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları mövcuddur və o, Azərbaycan Respublikası Konstitusiyası ilə və bu qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər. Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirilmişdir.O dövrdə Respublikamızda 2700 bələdiyyə yaradılmış, sonradan isə kiçik bələdiyyələrin birləşdirilməsi nəticəsində bələdiyyələrin sayı 1771- ə endirilmişdir. Müvafiq qanuna uyğun olaraq respublikamızda bələdiyyə seçkiləri hər beş ildən bir keçirilir. İkinci dəfə bələdiyyə seçkiləri 2004-cü ildə, üçüncü dəfə 2009-cu il, dördüncü dəfə 2014-cü ildə keçirilmişdir.

"Bələdiyyə" və "yerli özünüidarə" terminləri və bunların iştirakı ilə düzələn söz birləşmələri bələdiyyə, onların orqanları, yerli özünüidarə funksiyalarının həyata keçirilməsi ilə bağlı olan müəssisə, idarə və təşkilatlar, mülkiyyət obyektləri və başqa obyektlər barəsində, habelə əhali tərəfındən yerli özünüidarənin həyata keçirilməsi ilə əlaqədar digər hallarda işlədilir.

Yerli əhali - Bələdiyyə ərazisində daimi yaşayan əhali.

Yerli referendum - Əhalinin yerli səsverməsidir.

Bələdiyyə mülkiyyəti - bələdiyyəyə mənsub olan bütün növ daşınar və daşınmaz əmlakdır.

Bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir.

Bələdiyyələrə seçkilər vətəndaşların qanunla müəyyənləşdirilmiş seçki hüquqları təmin edilməklə, ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi, gizli səsvermə yolu ilə həyata keçirilir.

Ümumiyyətlə, xarici təcrübədə yerli özünüidarəetmə orqanlarının 5 struktur modeli mövcuddur. Bunlara :

  • Zəif Şura - Güclü Mer modeli ;
  • Güclü Şura - Zəif Mer modeli ;
  • Şura Menecer modeli ;
  • Komissiya modeli ;
  • Qarışıq model ;

Azərbaycan Respublikasında Zəif Mer - Güclü Şura modeli tətbiq edilmişdir.

Mənb

  • Bələdiyyə statusu haqqında Azərbaycan Respublikasının qanunu. (2 iyul 1999, N 698-1Q)
Digər dillərdə
Afrikaans: Munisipaliteit
Alemannisch: Gemeinde
aragonés: Municipio
العربية: بلدية
asturianu: Municipiu
башҡортса: Муниципалитет
Boarisch: Gmoa
беларуская: Муніцыпалітэт
भोजपुरी: नगरपालिका
বাংলা: পৌরসভা
català: Municipi
čeština: Obec
dansk: Kommune
Deutsch: Gemeinde
dolnoserbski: Gmejna
Ελληνικά: Δήμος
English: Municipality
Esperanto: Municipo
español: Municipio
euskara: Udalerri
estremeñu: Monicípiu
فارسی: شهرداری
suomi: Kunta
français: Municipalité
galego: Municipio
客家語/Hak-kâ-ngî: Kî-chhèn chṳn-khièn
Hawaiʻi: Aupuni kiwikā
עברית: עירייה
हिन्दी: नगरपालिका
hornjoserbsce: Gmejna
magyar: Község
Bahasa Indonesia: Munisipalitas
íslenska: Sveitarfélag
italiano: Comune
日本語: 基礎自治体
Basa Jawa: Geminte
한국어: 지방 자치체
Кыргызча: Муниципалитет
Latina: Municipium
Ladino: Belediye
Lëtzebuergesch: Gemeng
Limburgs: Gemeint
lietuvių: Savivaldybė
latviešu: Pašvaldība
मैथिली: नगरपालिका
Bahasa Melayu: Kawasan perbandaran
Plattdüütsch: Gemeen
Nedersaksies: Gemiente (bestuur)
नेपाली: नगरपालिका
Nederlands: Gemeente (bestuur)
norsk nynorsk: Kommune
norsk: Kommune
occitan: Municipi
Papiamentu: Munisipio
polski: Gmina
português: Município
română: Municipiu
سنڌي: بلديت
Simple English: Municipality
slovenščina: Občina
Soomaaliga: Dowlad Hoose
српски / srpski: Муниципалитет
Seeltersk: Meente
Basa Sunda: Munisipalitas
svenska: Kommun
Kiswahili: Manispaa
தமிழ்: நகராட்சி
tetun: Konsellu
Tagalog: Munisipalidad
Türkçe: Belediye
татарча/tatarça: Муниципалитет
українська: Муніципалітет
اردو: بلدیہ
oʻzbekcha/ўзбекча: Munitsipalitet
Tiếng Việt: Khu tự quản
West-Vlams: Gemêente
Zeêuws: Gemeênte
中文: 基层政权
Bân-lâm-gú: Ki-chân chèng-koân
粵語: 市政府