Avarlar

AvarlarV əsrdə Mərkəzi Asiyada meydana çıxmış iri tayfa ittifaqı. İttifaq tərkibində aparıcı rolu köçəri maldar türkdilli tayfalar oynayırdılar.

VI əsrin ortalarında Şərqi Avropaya gələn avarlar Xəzərin qərb sahilləri boyu çöllərə yayıldılar. Avarların ilk elçiləri 558-ci ildə Bizans imperiyasına - imperator I Yustinianın yanına gəlmiş, hərbi ittifaq bağlamağı təklif etmiş və məskunlaşmaq üçün onlara yer verilməsini xahiş etmişlər. Bizans avarlardan özünə düşmən olan türkdilli bulqar və sabir tayfalarına, habelə slavyanlara - antlara qarşı mübarizədə istifadə etmişdir.

Avarlar 567-ci ildə german lanqobard tayfası ilə birlikdə Pannoniyanı tutdular. Burada bir neçə yürüşdən və yeni tayfaların birləşdirilməsindən sonra məşhur sərkərdə Bayanın başçılığı ilə Avar xaqanlığının əsası qoyuldu. Pannoniyada möhkəmləndirilmiş konsentrik çevrəli "xrinq" – lər qala sistemi yaradılmışdı Avarla Pannoniyadan slavyanlara, franklara, lanqobardlara. gürcülərə və digər tayfalara habelə onlara xərac verməyə başlayan Bvansa qarşı basqınlar edirdilər. Avarlar Frank dövlətinə də basqınlar edirdilər. Lakin daxili çəkismələr və fəth edilmiş tayfaların üsyanları avarların hərbi qüdrətinin tənəzzülünə və xaqanlığın dağılmasına səbəb oldu.

VII min ortalarında avarlar Qara dənizin şimal ətrafından sıxışdırılıb çıxarıldı, türkdilli bulqarlar tərəfindən 680-ci ildə yaradılmış Bulqar çarlığı isə onları cənubdan sıxışdırmağa başladı. Avarlar 790-cı ildə Böyük Karlın frank ordusu tərəfindən tamamilə darmadağın edildilər, 796-cı ildə isə əsas "xrinq"lər süqut etdi. Sonralar avarlar Qara dənizin qərb sahilləri və Dunayboyu ərazilərin yerli əhalisi ilə tamamilə qaynayıb-qarışdılar.

  • həmçinin bax
Digər dillərdə
Afrikaans: Aware
Alemannisch: Awaren
aragonés: Avaros
العربية: آفار أوراسيا
asturianu: Ávaros
Boarisch: Awarn
беларуская: Авары
български: Авари
bosanski: Avari
čeština: Avaři
dansk: Avarere
Deutsch: Awaren
dolnoserbski: Awary
Ελληνικά: Άβαροι
español: Pueblo ávaro
euskara: Abaro
français: Avars
galego: Ávaros
hrvatski: Avari
magyar: Avarok
Bahasa Indonesia: Avar Eurasia
italiano: Avari
日本語: アヴァール
қазақша: Аварлар
한국어: 아바르족
Latina: Avari
Lingua Franca Nova: Avares
lietuvių: Avarai
latviešu: Avāri (senie)
македонски: Авари
монгол: Авар
Nederlands: Avaren (Europa)
norsk nynorsk: Avarar
norsk: Avarer
polski: Awarowie
português: Ávaros
română: Avari
русский: Авары
srpskohrvatski / српскохрватски: Obri
Simple English: Eurasian Avars
slovenščina: Avari
shqip: Avarët
српски / srpski: Евроазијски Авари
svenska: Avarer
Türkçe: Avarlar
українська: Авари
oʻzbekcha/ўзбекча: Avarlar
Tiếng Việt: Người Avar Pannonia
中文: 阿瓦尔人