Arikaralar

Arikaralar – ABŞ-da (Şimali Dakota ştatının Fort-Bertold rezervasiyasında) yaşayan keddo qrupundan hindi xalqı.

Ümumi məlumat

Sayları 700 nəfərdir (1995). Arikara dilində danışırlar. İngilis dili də yayılmışdır. Dindarları protestantdır. Ənənəvi dinləri şamanizm idi. Qırılıb-yandırılmış əkinçilik, bizon ovu, yığıcılıq və balıqçılıqla məşğul olmuşlar. Çeyenlər və dakotalarla mübadilə ticarəti aparan Arikaralar qarğıdalı, tütün, at və qatır müqabilində onlardan silah, balta, qazan alırdılar. Arikaraların yaşayış məskənləri çay sahillərində yerləşirdi. Muasir Arikaraların qismən muxtariyyətləri var; maldarlıq, fermer təsərrüfatı, xırda sahibkarlıq və muzdlu işlə məşğuldurlar.

Digər dillərdə
català: Arikares
čeština: Arikarové
Deutsch: Arikaree
English: Arikara
español: Arikara
فارسی: آریکارا
suomi: Arikarat
français: Sahnish
galego: Pobo arikara
italiano: Arikara
lietuvių: Arikarai
മലയാളം: അരികാര
Nederlands: Arikara (volk)
norsk: Arikaraene
polski: Arikarowie
português: Arikara
srpskohrvatski / српскохрватски: Arikara
svenska: Arikara
Türkçe: Arikaralar
اردو: اریکارا