Anna Politkovskaya

Anna Politkovskaya
rus. А́нна Степа́новна Политко́вская
Anna Politkovskaja im Gespräch mit Christhard Läpple.jpg
Doğum tarixi: 30 avqust 1958(1958-08-30)
Doğum yeri: Nyu-York, ABŞ
Vəfat tarixi: 7 oktyabr 2006 (48 yaşında)
Vəfat yeri: Moskva, Rusiya
Vəfat səbəbi: Qətlə yetirilib
İxtisası: Jurnalist

Anna Stepanovna Politkovskaya ( rus. А́нна Степа́новна Политко́вская) - Rusiya jurnalisti.

Həyatı

2002-ci ildə Moskva teatrında çeçen yaraqlıları yüzlərlə adamı girov götürəndə, Politkovskaya silahlılarla danışıqlar aparmışdı. [1]

2004-cü ildə Beslan faciəsini işıqlandırmağa yollanarkən Politkovskaya şübhəli şəraitdə zəhərlənmişdi. [2] 2006-cı il oktyabrın 7-də öz evinin qarşısında muzdlu qatil tərəfindən öldürülüb. Onun qətlində istefada olan polis polkovnik-leytenantı, Moskva polisinin operativ-axtarış şöbəsinin keçmiş rəisi Dmitri Pavlyuçenkov təqsirləndilir.

Jurnalistika fəaliyyəti

Anna Politkovskaya 1990-cı illərin əvvəllərindən müstəqil mətbuatın ilk nümunəsi olan “Meqapolis Ekspress”, “Ümumi qəzet” və “Novaya qazeta”da çalışıb. Daha çox Çeçenistan münaqişəsi ilə bağlı araşıdrmalar aparan xanım jurnalist Rusiya ordusunun münaqişə bölgəsində törətdiyi özbaşnalıqlardan, adam oğurluqlarından və korrupsiyadan geniş yazılar yazıb. [3] O həmçinin Çeçenistan rəhbəri Ramzan Kadırovu da müxtəlif cinayətlərdə ittiham edirdi. Anna Politkovskaya “Putin Rusiyası” və “Putinsiz Rusiya”, “Çeçensitan: Rusiyanın utancı” sənədli kitablarının müəllifidir. [3] Həmin kitablarda prezident Vladimir Putinin siyasi kursu kəskin tənqidə məruz qalır. [3]

Şəxsi həyatı

Digər dillərdə
беларуская (тарашкевіца)‎: Ганна Паліткоўская
bosanski: Ana Politkovska
Bahasa Indonesia: Anna Politkovskaya
македонски: Ана Политковскаја
Bahasa Melayu: Anna Politkovskaya
Nederlands: Anna Politkovskaja
norsk nynorsk: Anna Politkovskaja
português: Anna Politkovskaia
srpskohrvatski / српскохрватски: Ana Politkovskaja
Simple English: Anna Politkovskaya
slovenščina: Ana Politkovska
српски / srpski: Ана Политковска
татарча/tatarça: Анна Политковская