Anarxizm

Anarxizmin rəmzi

Anarxizm (q.yun. αναρχω –hakimiyyətsizlik) könüllü qurumlara əsaslanan özünü idarə edən cəmiyyətləri müdafiə edən siyasi fəlsəfədir. Bunlar əsasən dövlətsiz cəmiyyətlər olaraq təsvir olunur, lakin bəzi müəlliflərə görə bu qurumlar iyerarxiya olmayan azad birliklərdir. Anarxizm dövlətin arzu olunmaz, lazımsız və zərərli olduğu düşüncəsini əsas götürür

Anarxizm əsas xüsusiyyətlərini özünü dövlətə münasibətdə göstərir. Bu cərəyana özlərini aid edən insanlar üçün dövlət şər mənbəyidir (zülm, müharibələr, repressiyalar, sosial parazitizm) və sosial münasibətlərin radikal şəkildə mükəmməlləşdirilməsinin yolu dövlətin dağıdılmasından və ləğvindən keçir. Anarxistlər siyasi mübarizə vasitəsi olan partiya, təşkilatlar və s. qurumlara neqativ münasibət bəsləyirlər. Anarxistlər "birbaşa təsir" taktikasına, yəni vətəndaşların dövlət hakimiyyətinə qarşı yönəlmiş birbaşa kütləvi aksiyalarına, həmçinin "ölümlə təbliğat"a – terrorçuluğa çox ciddi əhəmiyyət verirlər.

İndividualist anarxizmə görə, anarxizm siyasi mübarizə səviyyəsinə yüksəlmiş fərdi qiyamdır.

Anarxizmə onun cəmiyyətə təsirini və yayılmasını məhdudlaşdıran bəzi çatışmazlıqlar xasdır; bunlar mövcud ictimai institutlara və dövlətə alternativlər haqqında qeyri-müəyyən və utopik baxışlar, eyni zamanda, həddən artıq fərdiyyətçilik, nizamsızlıq, təşkilati zəifliklərdir. Lakin müasir cəmiyyətdə siyasi və sosial strukturların özündə belə hər zaman anarxik proqram və fəaliyyətləri qəbul edəcək və onlara meyillilik yaradacaq səbəblər və şərtlər mövcuddur; belə ki, həddən artıq bürokratizm bir çox hallarda dövlət əleyhinə əhval-ruhiyyənin geniş yayılmasına səbəb olur. Sosial və siyasi bərabərsizliyin mövcudluğu isə mülkiyyətin yenidən bölüşdürülməsi istəyinin güclənməsinə səbəb olur. İctimai davranışın sərtliyi və cəmiyyətdəki mühafizəkarlıq bir çox insanlar, xüsusilə də gənclər arasında kortəbii etirazlara səbəb olur və fərdi azadlıqlar uğrunda anarxist mübarizə meylini gücləndirir.

Anarxizmin əsas ideyası, iyerarxik bir qurumun - dövlət, din, patriarxat quruluş ya da iqtisadi elitalar - lazımsız olmaqdan əlavə daxili olaraq insanın bacarığının maksimallaşdırılmasına bir maneə olduğu fikridir. Anarxistlər ümumiyyətlə insanların özlərini yaradıcılıq, birgə iş və qarşılıqlı hörmət təməllərində idarə edə bilmə bacarığına sahib olduqlarına inanırlar. Gücün daxili olaraq zərər verici olduğuna və iqtidardakıların qaçınılmaz olaraq öz mənfəətləri ilə maraqlandıqlarına və özlərini seçənlərin yaxşılığından çox öz güclərini artırmağı hədəflədiklərinə inanırlar. Anarxistlər ümumiyyətlə əxlaqın fərdi bir məsələ olduğuna və ABŞ konstitusiyası kimi sekulyar qanunlar, ya da dini bir nüfuz tərəfindən diktə edilmiş qanunlar olmasından çox, digər fərdlər və cəmiyyətin yaxşılığı üçün sahib olduqları marağa söykənməsi lazım olduğuna inanırlar. Anarxist fəlsəfələrin çoxunda hər fərdin öz davranışlarından məsul olduğu ifadə edilir. Patriarxal idarə şəklinə əsaslanan idarəçilər, insanları özləri üçün düşünmək və davranmaqdan çəkindirərək, elita zümrənin onların yerinə qərar verdiyi və ehtiyaclarını qarşıladığı bir sistemi diktə edir; bu da insanlığını itirmiş bir sürünü yaradır. Hakimiyyət özünü haqsız yerə, ən fundamental fərdi əxlaqi qərarların alınmasında belə ən son hakim olaraq qəbul edəndə, məsələn nə üçün öldürülə biləcəyi, ya da nə üçün ölməyə dəyər olduğu kimi mövzularda (məcburi əsgərlik və abortda olduğu kimi), insan azadlığı ölçülməz şəkildə məhdudlaşdırılmış olur.

Anarxistlər çox fərqli təzyiq növləri arasındakı əlaqələrin fərqindədirlər (seksizm, irqçilik, heteroseksizm, sinifçilik və milliyyətçi şovinizm kimi) və bu səbəblə də digərlərinin davam etdiyi bir mühitdə ancaq birinə qarşı mübarizədə sıxlaşmanın faydasızlığının da fərqindədirlər. Anarxistlər dünyanı dəyişdirmək üçün istifadə edilən vasitələrin, bacarılması arzulanan nəticələrə uyğun olması lazım olduğuna inanırlar. Anarxistlər rəsmi təşkilatların varlığının lazımlılığı və hələ də mövcud olan dağıdıcı qurumların ancaq şiddət hərəkətləri ilə məhv edilə biləcəyi kimi mövzularda fərqli fikirlərə sahib olmaqla birlikdə, çoxu yalnız mövcud sistemi yıxmağın bir məqsəd olmadığı, yerinə qurulması hədəflənən daha insani və ağıllı yeni bir sistemin yaradılmasının da əhəmiyyətli olduğuna inanırlar.

Digər dillərdə
Afrikaans: Anargisme
Alemannisch: Anarchismus
aragonés: Anarquismo
العربية: لاسلطوية
مصرى: اناركيه
অসমীয়া: নৈৰাজ্যবাদ
asturianu: Anarquismu
تۆرکجه: آنارشیسم
башҡортса: Анархизм
žemaitėška: Anarkėzmos
беларуская: Анархізм
беларуская (тарашкевіца)‎: Анархізм
български: Анархизъм
brezhoneg: Anveliouriezh
bosanski: Anarhizam
буряад: Анархизм
català: Anarquisme
کوردی: ئەنارکیزم
čeština: Anarchismus
Cymraeg: Anarchiaeth
dansk: Anarkisme
Deutsch: Anarchismus
Zazaki: Anarşizm
Ελληνικά: Αναρχισμός
English: Anarchism
Esperanto: Anarkiismo
español: Anarquismo
eesti: Anarhism
euskara: Anarkismo
estremeñu: Anarquismu
فارسی: آنارشیسم
suomi: Anarkismi
Võro: Anarkism
føroyskt: Anarkisma
français: Anarchisme
Frysk: Anargisme
Gaeilge: Ainrialachas
galego: Anarquismo
گیلکی: آنارشيسم
עברית: אנרכיזם
हिन्दी: अराजकतावाद
Fiji Hindi: Khalbali
hrvatski: Anarhizam
magyar: Anarchizmus
հայերեն: Անարխիզմ
interlingua: Anarchismo
Bahasa Indonesia: Anarkisme
Ilokano: Anarkismo
italiano: Anarchismo
日本語: アナキズム
Patois: Anaakizam
la .lojban.: nonje'asi'o
Basa Jawa: Anarkisme
ქართული: ანარქიზმი
қазақша: Анархизм
한국어: 아나키즘
къарачай-малкъар: Анархизм
Кыргызча: Анархизм
Latina: Anarchismus
Ladino: Anarkizmo
Lëtzebuergesch: Anarchismus
лезги: Анархизм
Lingua Franca Nova: Anarcisme
Limburgs: Anarchisme
lietuvių: Anarchizmas
latviešu: Anarhisms
Malagasy: Anarsisma
македонски: Анархизам
монгол: Анархизм
मराठी: अराजकता
Bahasa Melayu: Anarkisme
Mirandés: Anarquismo
မြန်မာဘာသာ: မင်းမဲ့ဝါဒီ
مازِرونی: آنارشیسم
Nederlands: Anarchisme
norsk nynorsk: Anarkisme
norsk: Anarkisme
occitan: Anarquisme
ਪੰਜਾਬੀ: ਅਰਾਜਕਤਾਵਾਦ
Deitsch: Anarchism
polski: Anarchizm
Piemontèis: Anarchism
پنجابی: انارکی
português: Anarquismo
română: Anarhism
русский: Анархизм
русиньскый: Анархізм
саха тыла: Анархизм
Scots: Anarchism
srpskohrvatski / српскохрватски: Anarhizam
Simple English: Anarchism
slovenčina: Anarchizmus
slovenščina: Anarhizem
shqip: Anarkizmi
српски / srpski: Анархизам
svenska: Anarkism
Kiswahili: Utawala huria
தமிழ்: அரசின்மை
тоҷикӣ: Анархизм
Tagalog: Anarkismo
Türkçe: Anarşizm
татарча/tatarça: Анархизм
ئۇيغۇرچە / Uyghurche: ئانارخىزم
українська: Анархізм
اردو: نراج
oʻzbekcha/ўзбекча: Anarxizm
vèneto: Anarchismo
Winaray: Anarkismo
მარგალური: ანარქიზმი
ייִדיש: אנארכיזם
Vahcuengh: Fouzcwngfujcujyi