Amfiteatr

Aspendos Amfiteatrı

Amfiteatr (yun. άμφιϑέατρον) — Qədim Romada kütləvi tamaşa üçün nəzərdə tutulmuş monumental tikili. Adətən örtüksüz, ellipsvarı planda inşa edilən amfiteatrların ortasında - mərkəzində divarla əhatələnmiş arena - səhnə olurdu. Onun ətrafında isə tamaşaçılar üçün nəzərdə tutulan və tədricən maili yüksələn, pillə-pillə qalxan oturacaq yerləri var idi. Konstruksiyanın əsasını mürəkkəb tağsütun sistemi təşkil edirdi. Tağ və sütunların arasında tağtavanlı qalereyalar və pilləkənlər, arenanın alt hissəsində isə vəhşi heyvanlar üçün qəfəslər və səhnə maşınları yerləşirdi. Qədim Romada amfiteatrlar qladiatorların, vəhşi heyvanların döyüşləri, teatrvarı tamaşalar üçün inşa edilib. Qədim Roma şəhərlərinin, həmçinin Yunanıstan, Türkiyə və s. ölkələrin ərazisində qismən mühafizə olunmuş amfiteatrlar dövrümüzədək qalıb. İtaliyanın Pompey şəhərindəki amfiteatr (e.ə. 80-ci illər) ən qədim memarlıq abidəsi kimi dövrümüzədək qorunub saxlanılıb. Diqqəti daha çox cəlb edən Romadakı KolizeyAfinadakı Dionis teatrı klassik amfiteatr nümunələridir. Müasirlik baxımından Londondakı “Albert holl”, Nyu-Yorkdakı “Medison-skver-Qarden” kimi amfiteatr tipli tikililərdə konsert, teatr tamaşaları verilir, stadionlarda isə idman yarışları təşkil olunur. 20-ci əsrin 2-ci yarısından üstüörtülü stadionların tikilməsinə üstünlük verilib. [1]

Digər dillərdə
العربية: مسرح روماني
беларуская: Амфітэатр
български: Амфитеатър
brezhoneg: Amfiteatr
bosanski: Amfiteatar
català: Amfiteatre
čeština: Amfiteátr
Cymraeg: Amffitheatr
dansk: Amfiteater
Deutsch: Amphitheater
Ελληνικά: Αμφιθέατρο
English: Amphitheatre
Esperanto: Amfiteatro
español: Anfiteatro
eesti: Amfiteater
euskara: Anfiteatro
فارسی: تماشاخانه
Frysk: Amfiteater
Gaeilge: Aimfitéatar
galego: Anfiteatro
hrvatski: Amfiteatar
magyar: Amfiteátrum
Հայերեն: Ամֆիթատրոն
Bahasa Indonesia: Amfiteater
italiano: Anfiteatro
ქართული: ამფითეატრი
қазақша: Амфитеатр
한국어: 원형극장
Kurdî: Amfîtiyatro
Lëtzebuergesch: Kategorie:Amphitheateren
lietuvių: Amfiteatras
latviešu: Amfiteātris
македонски: Амфитеатар
Bahasa Melayu: Perani
Nederlands: Amfitheater
norsk nynorsk: Amfiteater
norsk: Amfiteater
polski: Amfiteatr
português: Anfiteatro
Runa Simi: Tumay aranwa
română: Amfiteatru
русский: Амфитеатр
srpskohrvatski / српскохрватски: Amfiteatar
Simple English: Amphitheatre
slovenščina: Amfiteater
српски / srpski: Амфитеатар
svenska: Amfiteater
ślůnski: Amfityjater
Türkçe: Amfitiyatro
українська: Амфітеатр
oʻzbekcha/ўзбекча: Amfiteatr
中文: 圓形劇場