Amazonlar

Yunanların amazonkalarla vuruşması
Herakl və amazonkalar

Amazonlar (yun. "amazones") - yunan mifologiyasında Kiçik Asiyada, Qafqaz dağlarının ətəklərində və ya Azov dənizi ətrafında məskunlaşmış döyüşkən qadınlar qəbiləsi. Amazon" adı, guya, kamandan ox atmağın asan olması üçün qızların sol döşlərinin yandırılması adətindən meydana gəlib. Amazonlar bütün vaxtlarını döyüşlərdə keçirir, ox-kaman, döyüş baltası, yüngül qalxanla silahlanır, özlərinə də dəbilqə və paltarlar düzəldirmişlər. Amazonlar qonşu tayfaların kişiləri ilə nəsli davam etdirmək naminə nikaha girir və bu zaman doğulan oğlanları öldürür (ya da atalarına verir), qızları isə özlərinə götürürmüşlər. Tarixçilərin fikrincə, amazonlar haqqındakı əfsanələrdə və onların Olimpiya qəhrəmanları (Herakl və b.) ilə mübarizələrində matriarxat dövrü əks olunmuşdur. Roma tarixçilərinin söylədiklərinə görə, e.ə. 65-ci ildə Pompeyin başçılığı ilə romalıların Kozisin başçılıq etdiyi albanlara qarşı savaşında albanların tərəfində həm də alban qadınları iştirak edirdilər. Əsir götürülmüş alban döyüşçüləri arasında çoxlu yaralı qadın da var idi. Alban qadınlarının igidliyi romalıları heyran etmişdi. Məhz bu qadınların cəsurluğu romalılar arasında Qafqaz Albaniyasının şimalındakı dağlarda döyüşkən amazon tayfalarının yaşaması və albanların Romaya qarşı savaşında onlara kömək etmələri haqqında əfsanənin yaranmasına səbəb olmuşdur.

Herodot Amazonkaların şimali Qara dəniz hövzəsində skiflərlə qonşuluqda yaşadığını göstərirdi. Amazonkaların Azərbaycanda yaşamaları haqqında əsas məlumatları isə Strabon "Coğrafiya" əsərində verib. Strabon bu haqda yazır:" Albaniyanın yuxarı dağlarında amazonkalar yaşayır. Pompeyi yürüşdə müşayət edən və Albaniyaya gələn Feofan söyləyir ki, skif tayfaları olan Hell və Lehlər Amazonkalar və Albanlar arasında yaşayırlar. Bu ölkədə həmin tayfalar ilə Amazonkalar arasında Mermodalida çayı axır. Bu yerlərlə yaxşı tanış olan başqa yazıçılar, onların içərisində Skepsiyalı Metrodor və Qipsikart iddia edirlər ki, Amazonkalar Qafqaz dağlarının Keravn adlanan Şimal ətəklərində Qarqarlarla qonşuluqda yaşayırlar. Amazonkalar bütün vaxtlarını özləri üçün istifadə edirlər, yer şumlayır, bağçılıq, mal-qara, xüsusilə, atlara qulluq etmək kimi mühüm işlər görürlər. Amazonkalar at belində ovla və hərbi təlimlə məşğul olurlar. Onların sağ döşlərini uşaq vaxtı yandırırlar ki, hər iş görəndə xüsusilə nizə atanda rahat olsun. Onlar həmçinin ox, yay, yüngül qalxan və balta da işlədirlər. Onlar vəhşi heyvan dərisindən bürünəcək, dəbilqə və kəmər hazırlayırlar. Yazdakı iki xüsusi ayda onları Qarqarlardan ayıran qonşu dağa qalxırlar. Çox qədim bir mərasimə görə Qarqarlar da həmin dağa qalxırlar ki, qadınlarla birgə qurban verib, uşaq doğmaları üçün onlarla yaşasınlar; kim kimlə düşdü, onlar xəlvət, qaranlıqda görüşürlər qadınları hamilə edərək Qarqarlar onları evlərinə buraxırlar. Qadın cinsindən olan bütün uşaqları Amazonkalar özlərində saxlayırlar, kişi cinsindən olanları isə Qarqarlara verirlər. Hər bir Qarqar onlara gətirilən körpəni oğlu bilib böyütməlidir".

İstinadlar

Digər dillərdə
العربية: أمازونيات
беларуская: Амазонкі
български: Амазонки
brezhoneg: Amazonezed
нохчийн: Амазонкаш
corsu: Amazoni
čeština: Amazonky
Чӑвашла: Амазонсем
dansk: Amazone
Deutsch: Amazonen
Zazaki: Amazoni
Ελληνικά: Αμαζόνες
English: Amazons
Esperanto: Amazonoj
eesti: Amatsoonid
français: Amazones
עברית: אמזונה
hrvatski: Amazonke
magyar: Amazonok
interlingua: Amazon
Bahasa Indonesia: Suku Amazon
italiano: Amazzoni
日本語: アマゾーン
ქართული: ამორძალები
қазақша: Амазонкалар
한국어: 아마조네스
Кыргызча: Амазонкалар
Latina: Amazones
lietuvių: Amazonės
latviešu: Amazones
македонски: Амазонки
Nederlands: Amazonen
norsk nynorsk: Amasone
norsk: Amasoner
română: Amazoane
русский: Амазонки
Scots: Amazons
srpskohrvatski / српскохрватски: Amazonke
Simple English: Amazons
slovenščina: Amazonke
shqip: Amazona
српски / srpski: Амазонке
svenska: Amasoner
Tagalog: Mga Amazona
Türkçe: Amazonlar
українська: Амазонки
اردو: ایمیزن
Tiếng Việt: Chiến binh Amazon
Winaray: Amazona
中文: 亞馬遜人
Bân-lâm-gú: Amazon