Altay Respublikası

Республика Алтай
Altay Respublikası
bayrağı
Bayrağı
gerbi
Gerbi
xəritədə yeri
Paytaxt
və ən böyük şəhər
Qorno-Altaysk
Rəsmi dillərrus dili, altay dili
Dinşamanizm
Hökumətrespublika
Sahəsi
• Ümumi
926 km2 (358 sq mi)
Əhali
• Təxmini
203,2
• Siyahıya alma
2004
Saat qurşağıMSK+4


Altay Respublikası (rus. Республика Алтай) — Rusiya Federasiyasının tərkibində olan muxtar türk ərazi (respublika). Qərbi Sibirin cənub-şərqində, Cənubi Sibirin ən yüksək dağlıq sahəsində yerləşir. Sibir federal dairəsinə daxildir. Paytaxtı Qorno-Altaysk şəhəridir. İnzibati cəhətdən 10 rayona, 1 şəhərə (Qorno-Altaysk) bölünür. Türklərin qədim məskunlaşma ərazilərindən olan bu torpaqlar XIX əsrdə Çar Rusiyası tərəfindən işğal edildikdən sonra daima Rusiyanın tərkibində olmuşdur. Rus hökuməti isə vahid Altay ərazisini inzibati cəhətdən parçalayaraq Altay Respublikası və Altay vilayətini yaratmışdır. [1]

Tarixi oçerk

Altay türkləri və ya altaylılar ən qədim türk etnoslarından olmaqla tarixi baxımdan türk xalqlarının bir hissəsini təşkil etmişlər. Altaylıların yerli yoxsa gəlmə olması haqqında elmdə iki versiya vardır və bu versiyalar ümumilikdə türk tarixi ilə bağlıdır. Altay versiyası adlanan və daha çox sovet tarixşünaslığının yetişdirmələri tərəfindən dəstəklənən I versiyaya görə türklərin ana vətəni Altaydır. Ön Asiya versiyası adlanan və daha gənc olan II versiyaya görə isə türklərin ana vətəni Ön Asiya - MesopotomiyaUrmiya gölü arasındakı ərazidirtürklər Altaya təxminən e.ə VI-V minilliklərdə gəlmiş, bir hissəsi burda məskunlaşmış, digər hissəsi isə (bəzi müəlliflərə görə şumerlər, bəzilərinə görə skif saklar) geri dönmüşdür. Günümüzdə Altay türkləri Altayqızı, Teleut, Kuman, Çalxan, Şor və bir neçə başqa kiçik tayfalardan təşkil olunmuş azsaylı xalqdır.

Altay ərazisində Aşağı Paleolit (Ulalinka mağarası və s.), Mustye (Ust-Kanskaya mağarası və s.), Mezolit (Ust-syomin mədəniyyəti), Neolit (Ortakatun mədəniyyəti) dövrlərinə aid düşərgələr, həmçinin Tunc dövrünə aid Afanasyev və Qaraqol mədəniyyətləri abidələri, Erkən Dəmir dövrünə aid skif-Sibir (o cümlədən Pazırık mədəniyyəti) tipli kurqanlar aşkar olunmuşdur. E.ə. 3-cü əsr – eramızın 1-ci əsrində Altay Hun imperiyasının tərkibinə daxil idi. Bu dövrə aid yaşayış məskənləri Yustıd ərazisində aşkar edilmişdir. 4-cü əsrin sonu-6-cı əsrin ortalarında jujanlara, 6-8-ci əsrlərdə Göytürk xaqanlığına, sonralar isə UyğurQırğız xaqanlıqlarına tabe olmuşdur. 8-ci əsrdən başlayaraq Altayda maniçilik yayılmağa başlamışdır. 13-cü əsrin əvvəllərindən Altay Monqol imperiyasının tərkibinə qatılmışdır. 15-ci əsrin ortalarından Cənubi Altay əhalisi oyratların təsiri altına düşmüş, Şimali Altayda yaşayanlar (kumandinlər, tubalar, çelkanlar) xakas qırğızlarına və Altay teleutlarına tabe olmuşlar.

17-ci əsrin sonlarında onların hamısı Rusiya imperiyasının təbəəsi olmuşdur. Altay ərazisi Sibir quberniyası (1756-79), Kolıvan vilayəti (1779-83), Kolıvan quberniyası (1783-96), Tobolsk quberniyası (1796-1804) və Tomsk quberniyasının tərkibində olmuşdur. Tomsk quberniyasının tərkibindən Altay quberniyası (1917-25) ayrılmışdır. 1918-ci ildə Ulala kəndində çağırılmış qurultayda Dağlıq Altayın Biysk qəzasının tərkibindən çıxması haqqında qərar qəbul edilmişdir.

1919-cu ildə Qırmızı Ordu Ulala kəndini tutduqdan sonra Dağlıq Altay RSFSR-in tərkibinə qatıldı.1922-ci il 1 iyun tarixində Altay türklərinə milli muxtariyyət verilmiş və Altay vilayətinin tərkibində Oyrat Muxtar vilayəti yaradılmışdır. 1932-ci il vilayətin adı dəyişdirilərək Oyrot, 1948-ci il 7 yanvar tarixində Dağlıq Altay Muxtar Vilayəti, 1991-ci il tarixindən etibarən isə ərazidə Dağlıq Altay Muxtar Sovet Sosialist Respublikası (ASSR) yaradılmışdır. 1992-ci ilin fevral ayından RF-nin tərkibində Dağlıq Altay Respublikası adlandırılmış, həmin ilin may ayından indiki adı qəbul edilmişdir.

Respublikanın ərazisində müxtəlif zamanlarda tədricən kiçik türk etnik qrupları məskunlaşmışlar və hazırda respublika əhalisinin böyük əksəriyyətini türklər təşkil edir. Ruslar dəfələrlə Altayı tabe etməyə çalışsalar da yerli türk etnoslarının böyük müqavimətinə rast gəlmiş, yalnız 1860 – cı ildə Altay ərazsi tamamilə tabe edilmişdir. Ərazi ruslar tərəfindən işğal edildikdən sonra yaşama yararlı düzən və bərəkətli torpaq ərazilərində ruslar məskunlaşdırılmış, yerli əhalinin böyük bir qismi isə dağlara köç etməyə məcbur olmuşdur. Öz doğma torpaqlarını tərk etməyən türklər isə zamanla ruslaşdırılmışdır. [1]

Digər dillərdə
Afrikaans: Altai
беларуская: Рэспубліка Алтай
беларуская (тарашкевіца)‎: Рэспубліка Алтай
български: Република Алтай
brezhoneg: Altay (republik)
буряад: Алтай Улас
словѣньскъ / ⰔⰎⰑⰂⰡⰐⰠⰔⰍⰟ: Алтаи Димократїꙗ
客家語/Hak-kâ-ngî: Altai Khiung-fò-koet
hrvatski: Altajska
hornjoserbsce: Republika Altaj
Bahasa Indonesia: Republik Altai
Qaraqalpaqsha: Altay Respublikası
Lingua Franca Nova: Republica de Altai
latviešu: Altaja Republika
олык марий: Алтай Республик
македонски: Република Алтај
монгол: Алтай орон
Bahasa Melayu: Republik Altai
norsk nynorsk: Republikken Altaj
پنجابی: التائی
română: Republica Altai
davvisámegiella: Altai dásseváldi
srpskohrvatski / српскохрватски: Altaj (republika)
slovenčina: Altajsko
slovenščina: Republika Altaj
српски / srpski: Република Алтај
Basa Sunda: Républik Altai
Kiswahili: Jamhuri ya Altai
Tagalog: Altai
татарча/tatarça: Алтай Республикасы
ئۇيغۇرچە / Uyghurche: ئالتاي
українська: Республіка Алтай
oʻzbekcha/ўзбекча: Oltoy Respublikasi
vepsän kel’: Altajan Tazovaldkund
Tiếng Việt: Cộng hòa Altai
хальмг: Алтай таңһч
Bân-lâm-gú: Altai Kiōng-hô-kok
粵語: 阿爾泰