Alçide Qasperi

Infobox-realisateur.png
Alçide Qasperi
Fotoqrafiya
bayraqİtaliyanın baş naziribayraq
10 dekabr 1945 — 17 avqust 1953
SələfiFerruço Parri
XələfiCüzeppe Pella
bayraqİtaliya Krallığının regenti
12 iyun 1946 — 1 iyul 1946
SələfiII Umberto
Xələfivəzifə ləğv edilib
bayraqİtaliyanın xarici işlər naziri
13 iyul 1946 — 2 fevral 1947
SələfiKarlo Sfortsa
XələfiCüzeppe Pella

PartiyaXristian Demokrat Partiyası
TəhsiliVyana Universiteti
Doğum tarixi3 aprel 1881(1881-04-03)
Doğum yeriTrento, Avstriya-Macarıstan
Vəfat tarixi19 avqust 1954 (73 yaşında)
Vəfat yeriTrento, Flag of Italy.svg İtaliya
VikiAnbarda Commons-logo.svg əlaqəli mediafayllar

Alçide Amadeo Françesko de Qasperi (it. Alcide Amedeo Francesco De Gasperi; d. 3 aprel 188119 avqust 1954) — İtaliyanın baş naziri (1945-1953).

Həyatı siyasi fəaliyyəti

Alçide Qasperi ailəsi ilə, 1951-ci il

Alçide Qasperi 3 aprel 1881-ci ildə Trento şəhərində anadan olmuşdur. 1905-ci ildə Vyana Universitetini fəlsəfə və ədəbiyyat üzrə mütəxəssis kimi bitirib. XIX əsrin sonlarından etibarən ictimai və xristian, tələbə və irredentist hərəkatların fəal iştirakçısı olub. 1911-ci ildən Birinci Dünya Müharibəsinin sonuna qədər Avstriya reyxstaqının üzvü olub. 1919-cu sonra sonra anası İtaliyaya köçdü və Alçide De Qasperi İtaliya Xalq Partiyasının qurucularından biri — 1921-ci ildən onun lideri və baş katibi, millət vəkili oldu. Əvvəlcə De Qasperinin 1922-ci ildə Benito Mussolini hökumət partiyasında iştirakı dəstəklənir, lakin tezliklə bu rejimin rəqibi olur və 1924-cü ildə onun parçalanması zamanı partiyanın antifaşist qanadının rəhbəri olur. Faşizmə qarşı çıxışdığı üçün o, 16 ay həbs cəzasına məhkum edilmişdir. Lakin, 4 il həbsdə qalan Qasperinin səhhətində müəyyən problemlər yaranır. Həbsdən azad edildikdən sonra iş tapa bilməyən Qasperi 1931-ci ildən Vatikan Apostol Kitabxanasında işləyir. 1943-cü ildə o vaxt qeyri-qanuni sayılan Xalq Partiyası əsasında İtaliyanın Xristian Demokrat Partiyasını yaradan Alçide Qasperi 1944-cü ildən onun birinci katibi olur. 10 dekabr 1945-ci ildən 17 avqust 1953-cü ilə qədər İtaliyanın baş naziri olan Alçide Qasperi 19 avqust 1954-cü ildə Trentoda vəfat etmişdir.

Digər dillərdə
Bahasa Indonesia: Alcide de Gasperi
Lëtzebuergesch: Alcide De Gasperi
Nederlands: Alcide De Gasperi
português: Alcide De Gasperi
srpskohrvatski / српскохрватски: Alcide De Gasperi
Simple English: Alcide De Gasperi
slovenščina: Alcide De Gasperi
српски / srpski: Алчиде Де Гаспери
Tiếng Việt: Alcide De Gasperi