Abstraktlaşdırma

Abstraksiya və ya Abstraktlaşdırma (от lat. abstractio — ayırma, təcridetmə) — elmi-tədqiqat metodu; idrak prosesində predmet və hadisələrin əhəmiyyətsiz xassə və əlamətlərinin fikrən ayrılması, mühüm, əsas əlamətlərin ümumiləşdirilməsi. Abstraksiya tədqiq edilən cisim və hadisələrin şəklini sadələşdirməyə,onların inkişaf qanunauyğunluqlarını müəyyənləşdrməyə imkan verir.

Abstraktlaşdırma predmetlərin qeyri-mühüm xassə, münasibət və əlaəqlərindən fikrən sərf-nəzər edilməsi, bu predmetlərin tədqiqatçını maraqlandıran bir və ya bir neçə mühüm əlamətinin seçilib götürülməsi deməkdir.

Abstraksiyanın öz hüdudları var: necə deyərlər,yanğının alovunu yanan şeydən sərf-nəzər etmək mümkün eyil. Obyektiv gerçəklikdə nəyin seçiləcəyi və nədən sərf-nəzər ediləcəyi hər bir konkret anda öyrənilən obyektin özünün təbiətindən və tədqiqatçının vəzifələrinən asılı olur. Məsələn, planetlərin dövriyyə qanununu təyin etmək üçün İ.Keplerə Marsın rəngini və Günəşin temperaturunu bilmə lazım deyilir. Abstraktlaşdırma prosesinin nəticəsində predmetlər haqqında müxtəlif anlayışlar ("bitki", "heyvan", "insan" və s.), predmetlərin ayrı-ayrı xassələri haqqında fiirlər ("həcm", "uzunluq" və s. ) meydana çıxır.

İdeallaşdırma abstraktlaşdırmanın spesifik bir növüdür. İdeallaşdırma fikrən abstrakt obyektlərin yaradılmasına deyilir. Abstrakt obyektlər gerçəklikdə mövcud deyildirlər, lakin real aləmdə onların nümunəsi, yəni fikrən quraşdırılması mümkündür. İdeallaşdırma elə anlayışların yaardılması prosesidir ki, onların prototiplərinə yalnız təxmini işarə etmək olar. İdeallaşdırmanın nəticəsi olan analyışlara misal olaraq "nöqtə" ( nə uzunluğu, nə hündürlüyü, nə də eni olmayan obyekt), "düz xətt" və sş anlayışları göstərmək olar. Ümumiyyətlə, elmi idrakda gerçəlikdə mövcud olmayan, əməli həyata keçirilə bilməyən "ideal" obyektlərdən geniş istifadə olunur.

Tədqiqat prosesinə ideallaşdıırılmış obyektlərin daxil etdirilməsi real proseslərin qanunauyğunluqlarına daha dərindən varmaq üçün onların abstrakt sxemlərini qurmaq imkanını verir.

İstinadlar

Digər dillərdə
አማርኛ: ለቂቅ
العربية: تجريد
беларуская: Адцягненне
беларуская (тарашкевіца)‎: Абстракцыя
български: Абстракция
čeština: Abstrakce
Cymraeg: Haniaeth
Deutsch: Abstraktion
English: Abstraction
Esperanto: Abstraktado
euskara: Abstrakzio
فارسی: انتزاع
føroyskt: Abstraktur
Gaeilge: Teibiú
galego: Abstracción
עברית: הפשטה
हिन्दी: अमूर्तन
hrvatski: Apstrakcija
magyar: Absztrakció
հայերեն: Աբստրակցիա
interlingua: Abstraction
日本語: 抽象化
ქართული: აბსტრაქცია
қазақша: Абстракция
한국어: 추상
Кыргызча: Абстракция
Latina: Abstractio
македонски: Апстракција
Bahasa Melayu: Peniskalaan
မြန်မာဘာသာ: Abstraction
Nederlands: Abstractie
norsk nynorsk: Abstraksjon
português: Abstração
română: Abstracție
русский: Абстракция
srpskohrvatski / српскохрватски: Apstrakcija
Simple English: Abstraction
српски / srpski: Апстракција
svenska: Abstraktion
Türkmençe: Abstraksiýa
Türkçe: Soyutlama
українська: Абстракція
oʻzbekcha/ўзбекча: Abstraksiya
Tiếng Việt: Trừu tượng
中文: 抽象化
Bân-lâm-gú: Thiu-siōng