Abstraksionizm

Knadinskinin ilk abstrakt suluboya işi, 1910, Vasili Kandinski

Abstraksionizm, (lat. abstractio – ayırma, təcridetmə) – 20-ci əsr incəsənətində reallığın görünən təsvirini sırf formal elementlər (xətt, müstəvi, rəng ləkəsi, mücərrəd konfiqurasiya) sistemi ilə əvəz etmiş cərəyan. Proqramlı hərəkat kimi 1910-cu illərin əvvəlində yaranmışdır; baniləri Vasili Kandinski, Kazimir Maleviç, Pit Mondrian, Frantişek Kupka, Rober Delone olmuşlar. Onlar, bir qayda olaraq, mistik ideyalardan, o cümlədən, teosofiya doktrinalarından bəhrələnir, görünən dünyanın keçici hadisələri arxasında gizlənən daxili qanuna uyğunluqları və intuitiv dərkedilən mahiyyətləri ifadə etməyə can atırdılar. Beləki, Vasili Kandinskinin “İncəsənətdə ruhaniyyət haqqında” (1911) adlanan nəzəri əsərində ilkin forma elementləri başlanğıc ruhani məzmuna malik işarələr, onların plastik təşkili isə universum elementləri arasındakı əlaqənin proyeksiyası kimi səciyyələndirilir. Rober Delonenin nəzəriyyəsində isə idealist metafizikası rədd edilir, mücərrəd boyakarlığın vəzifəsi rəngkarlıq dili xassələrinin, ilk növbədə rəngin dinamik keyfiyyətlərinin tədqiqi ilə məhdudlaşdırılır. Müasir memarlığın, dizaynın, dekorativ tətbiqi sənət növlərinin təşəkkülündə erkən abstraksionizm ustaları əhəmiyyətli rol oynamışlar (rus konstruktvistlərinin yaradıcılığı, Kazimir Maleviçin arxitektonları və dizayner layihələri, Vasili Kandinskinin Bauhauzda, Pit Mondrianın “De Steyl” qrupunda fəaliyyəti, Rober Delone və Sonya Delone Terkin tətbiqi sənət sahəsindəki təcrübələri). Onların funksional formaya müraciəti ideal dünya nizamı layihələrini özündə birləşdirən estetik proqramlarının universializmi ilə izah olunurdu. Yarandığı vaxtdan abstraksionizmdə iki istiqamət – həndəsi (Maleviç, Mondrian, qismən Delone) və lirik (Kandinski, Kupka) istiqamətlər formalaşmışdır. Düzgün formaların və əsas rənglərin məhdud dəsti əsasında qurulan həndəsi abstraksiya kompozisiyaları sabit, “substansional” vəziyyətlərin təcəssümü idi. Lirik abstraksiya əsərlərində diqqət dinamik proseslərə yönəldilirdi. Abstraksionizm təmayülü müxtəlif avanqard istiqamətlərdə – kubizm (Fernan Leje), futurizm (Cakomo Balla, Enriko Prampolini), dadaizm (X.Arp), ekspressionizm (Vasili Kandinski, F.Mark), konstruktivizm (L.S. Popova, L.M.Lisitski, T. Van Dusburq) və sürrealizmdə (X.Miro, A.Masson) vaxtaşırı təzahür edirdi. İkinci dünya müharibəsindən sonra Qərbi Avropa incəsənətində abstraksionizmin müxtəlif cərəyanları aparıcı mövqe tutmağa başladı. Abstrakt ekspressionizm ABŞda daha geniş yayılmışdı (C.Pollok, M.Rotko, F.Klayn və başqaları). Taşizm bu cərəyanın Avropa analoqu idi (P.Sulaj, J.Şneyder, J.Matyö). Böhran vəziyyətini dəf edən həndəsi abstraksiya yeni oparte (V.Vazareli, B.Rayli) və kinetik incəsənət (A.Kolderin, N.Şöfferin, X.Sotunun, J.Tengeli, Takisin hərəkət edən konstruk siyaları). Heykəltəraşlıqda həndəsi abstraksiya minimalizm cərəyanında (1960–70 illər) yüksək inkişaf mərhələsinə çatmışdı. M.Zeynalov abstrakt sənətə müraciət etmiş ilk azərbaycanlı rəssamdır. Rəssamın Misir və başqa ölkələrə həsr olunmuş əsərləri güclü simvolikası ilə seçilir. F.Qulamov və H.Ab dullayevin abstraksionizm üslubunda maraqlı əsərləri var.

  • mənbə

Mənbə

Digər dillərdə
Afrikaans: Abstrakte kuns
العربية: فن تجريدي
asturianu: Arte astracto
беларуская: Абстракцыянізм
беларуская (тарашкевіца)‎: Абстракцыянізм
български: Абстракционизъм
català: Art abstracte
English: Abstract art
Esperanto: Abstraktismo
español: Arte abstracto
français: Art abstrait
Bahasa Indonesia: Seni abstrak
íslenska: Abstraktlist
italiano: Astrattismo
日本語: 抽象絵画
Basa Jawa: Seni abstrak
lietuvių: Abstrakcionizmas
latviešu: Abstrakcionisms
മലയാളം: അമൂർത്തകല
Nederlands: Abstracte kunst
norsk nynorsk: Abstrakt kunst
ਪੰਜਾਬੀ: ਅਮੂਰਤ ਕਲਾ
Piemontèis: Art astrata
português: Arte abstrata
română: Arta abstractă
سنڌي: تجريديت
srpskohrvatski / српскохрватски: Apstraktna umjetnost
Simple English: Abstract art
slovenčina: Abstraktné umenie
slovenščina: Abstraktna umetnost
తెలుగు: నైరూప్య కళ
Türkçe: Soyut sanat
українська: Абстракціонізм
oʻzbekcha/ўзбекча: Abstraksionizm (oqim)
中文: 抽象藝術