ATM (Bank)

Bankomat

ATM və ya Bankomat (ing. Automated Teller Machine) — ən asan anlamda müştərilərin bankın xidmətlərindən istifadə zamanı insansız çalışan elektromexanik vasitədir. Bankomat bank kartlarından istifadə edərək kart hesabından nağd pul vəsaitləri çıxarmağa, hesab barədə məlumat almağa, kommunal və digər xidmətlərin haqqını ödəmək üçün nağdsız hesablaşmalar aparmağa imkan verən aparatdır.[1] Maşınlar, əsasən plastik kartlar və istifadəçi kodları (PİN) vasitəsilə işlədilir. Ekrana istifadəçini yönləndirməyə yarayan bir menyu gəlir. İstifadəçilər ATM xidmətlərindən özlərinə lazım olan mesaj və variantlar vasitəsilə faydalanırlar.

İlk maşınlar sadəcə müəyyən miqdarda pul götürmək üçün istifadə olunurdusa indi daha da inkişaf edən texnologiya dövründə maşınların təqdim etdiyi xidmətlər daha da artmışdır. Son illərdə hesaba pul köçürmə, hesab durumları haqqında məlumat alma, maaş alma, daimi ödemələri aparma, hesabdan hesaba pul köçürmə, və s. əməliyyatlar aparılır.

Çox şöbəli böyük banklar şöbələr üçün lazımlı bina və heyət xərclərini azaltmaq məqsədilə ATM-lərə maraq göstərirsə, daha kiçik bankların əksəriyyəti isə bazar paylarını, dolayısıyla gəlirlərini artırmaq üçün eyni xidməti göstərmək yolunu seçmişlər. Sonda hər iki qrup öz bank fəaliyyətlərində xərclərini azaltmaq və bazar paylarını artırmaq üçün ATM-lərə yönəltmişdir.

  • İstinadlar

İstinadlar

  1. DÖVLƏT MALİYYƏSİ TERMİNLƏRİ LÜĞƏTİ, Dr.İ.Əhmədov, K.Aslanlı, Ş.Əhmədov, Bakı – 2008
Digər dillərdə
Afrikaans: Kitsbank
አማርኛ: ኤቲኤም
العربية: صراف آلي
অসমীয়া: এ টি এম
беларуская: Банкамат
български: Банкомат
čeština: Bankomat
Deutsch: Geldautomat
Esperanto: Bankaŭtomato
فارسی: خودپرداز
עברית: כספומט
hrvatski: Bankomat
magyar: Bankautomata
հայերեն: Բանկոմատ
interlingua: Cassero automatic
Bahasa Indonesia: ATM
íslenska: Hraðbanki
Basa Jawa: ATM
ಕನ್ನಡ: ಎಟಿಎಂ
Lëtzebuergesch: Bankomat
lietuvių: Bankomatas
latviešu: Bankas automāts
олык марий: Банкомат
македонски: Банкомат
मराठी: एटीएम
Nederlands: Geldautomaat
norsk nynorsk: Minibank
norsk: Minibank
ਪੰਜਾਬੀ: ਏ. ਟੀ. ਐੱਮ.
polski: Bankomat
português: Caixa eletrônico
română: Bancomat
русский: Банкомат
саха тыла: Банкомаат
srpskohrvatski / српскохрватски: Bankomat
Simple English: Automated teller machine
slovenčina: Bankomat
slovenščina: Bankomat
српски / srpski: Банкомат
svenska: Uttagsautomat
тоҷикӣ: Банкомат
Türkçe: ATM (makine)
українська: Банкомат
vèneto: Bancomat
粵語: 提款機