AIDA (marketinq)

AIDA (ing. attention, ing. interest, ing. Desire, ing. action sözlərinin ilk hərflərindən yaranıb) – hər hansı bir malı almaq qərarını verəndə alıcı reaksiyasının baş verən ardıcıl etaplarıdır. 1896-cı ildə E. Levis tərəfindən yaradılıb. Attention-diqqət,İnterest-maraq,Desire-arzu və Action-fəaliyyət ingilis sözlərinin baş hərflərindən ibarət abviaturadır.

Attention-diqqət

İlk mərhələdə alıcının diqqətini cəlb etmək lazımdır. Bu zaman etibar üçün zəmin yaradılır. Maksimum səmərəlilik üçün qabaqcadan istehlakçı haqqında məlumat olmalıdır, onun dəyərləri, motivləri, stimulları öyrənilməlidir. Diqqəti cəlb etməkdən ötrü bir arqumentdən istifadə etməlisiniz. Bu ən güclü arqument olmalıdır ki, istehlakçının düşüncəsini sizin təklifdə cəmləşdirəsiniz. Əks halda onun fikri yayınar və siz onu itirərsiniz. Uzun müddət avtomobil ehtiyat hissələri satan bir nəfər demişdir, müştərinin diqqətini cəlb etmək üçün bunları edirəm: sual verirəm, müxtəlif faktlar misallar gətirirəm, inandırıcı səslənəcək hər sözdən istifadə edirəm, bir də ki, ona demirəm mənim malımı al sadəcə diqqətini cəlb edirəm.

Digər dillərdə
български: AIDA (маркетинг)
čeština: AIDA
Deutsch: AIDA-Modell
español: AIDA
日本語: AIDMA
lietuvių: AIDA
latviešu: UIVR
Nederlands: AIDA-model
norsk: AIDAS
shqip: AIDA
svenska: AIDA
українська: AIDA
中文: AIDMA