Ağciyər

Ağciyər — bəzi balıqlarda (ikitənəffuslülər, pəncəüzgəclilər, çoxüzgəçlilər), quruda yaşayan onurğalılarda və insanda hava tənəffüsü orqanı.

Lungs diagram simple.svg

Ağciyər hava ilə qan arasında qaz mübadiləsini təmin edir. İkitənəffüslülərdə ağciyər tənəffüs funksiyası daşıyan qoşa kisəcikdir. Çoxüzgəçlilərin ağciyəri hamardivarlı, çütdür.

Quruda yaşayan onurğalıların ağciyəri qədim pəncəüzgəçli balıqların ağciyərindən əmələ gəlmiş və bədən boşluğunun ön hissəsindədir; məməlilərdə və insanda isə ağciyər diafraqmaiın inkişafı ilə əlaqədar əmələ gələn döş boşluğunda yerləşir. Ağciyəri seroz qişa — plevra ortüyü var. Adətən, cüt olur, lakin ayaqsız amfibiyalarda, ayaqsız kərtənkələlərdə və ilanlarda ağciyərin biri (çox vaxt soldakı) reduksiyaya uğramışdır.

Ciyərsiz salamandrların ağciyəri yoxdur.

Suda-quruda yaşayanlarda hava ağız boşluğu dibinin ritmik hərəkəti ilə ağciyərə qovulur.

Ali heyvanlarda (amniotlarda) hərəkətli döş qəfəsi genişləndikcə hava ağciyərə sorulur. Məməlilər nəfəs alarkən köks boşluqunun tutumu diafraqmanın yığılması hesabına da böyüyür.

Suda-quruda yaşayanlarda ağciyər bilavasitə udlaqdan və ya traxeyadan başlanır.

İbtidai sürünənlərdə (qatteriya) ağciyər arakəsmələrlə ayrılmış kameralardan ibarətdir.

Bəzi kərtənkələlərdə (varan), tısbağalarda, timsahlarda ağciyər süngərəbənzərdir. Bir sıra sürünənlərdə ağciyər çıxıntıları — ağciyər kisəcikləri olur. Quşların ağciyəri döş qəfəsinin bel tərəfinə bitişikdir. Əsas və bəzi ikinci dərəcəli bronxlar ağciyərdən kənara çıxaraq onun ikiqat ventilyasiyasını təmin edən hava kisələri əmələ gətirir. Məməlililərdə bronx şaxələrinin sayı çox olub, bronx ağacı əmələ gətirir, şaxələr çox nazik bronxiollara keçir; bronxiollar isə alveol axacaqları, alveol kisəcikləri və alveollarla tamamlanır. Bunlar qaz mübadiləsiidə iştirak edir. Bəzi onurğasız heyvanlarda da (məsələn, ciyərli molyusklarda) tənəffüs orqanları ağciyər adlanır. Holoturiyalarda (dəniz xiyarı) kloakanın tənəffüs funksiyasını icra edən şaxəli çıxıntıları su ağciyəri adlanır.

İnsanda ağciyər cüt orqanlardanır. Sağ ağciyər üç (yuxarı, orta, aşağı), sol ağciyər iki (yuxarı və aşağı) paydan ibarətdir. Bundan əlava, ağciyərdə çoxbuçaqlı piramidayabənzər paycıqlardan ibarət seqmentlər (hər ağciyərdə 10 və ya 11 seqment) olur.

  • ağciyərlərdəki sistem

Ağciyərlərdəki sistem

Ağciyərləriniz insanın hərəkətlərinə görə özünü tənzimləyən orqandır. Qaçdıqda ağciyərlər daha çox işləyir və artan oksigen ehtiyacını təmin edir, oturduqda isə daha yavaş işləyir, ancaq heç dayanmır. İnsanın yaşadığı müddətdə ağciyərlər hava pompası kimi heç dayanmadan orqanizmin içinə hava alır, sonra bu havanı bayıra pompalayır. Bunu edərkən də tənəffüs sisteminin digər işçilərilə birlikdə uyğunluq içində hərəkət edir. Çünki nəfəs almaq üçün təkcə ağciyərin olması kifayət deyil. Ağciyərin işləməsini təmin edən kənar gücə də ehtiyac var. Bu güc döş qəfəsinin altındakı diafraqm və qabırğaların aralarındakı əzələlər sayəsində qazanılır.

Həyat üçün çox vacib olan bu hal yenə möcüzəli sistem sayəsində həll olunur. Beyin kötüyü adlandırılan hissədə qandakı karbondioksid faizinə davamlı surətdə nəzarət edən reseptorlar var. Bu reseptorların bağlı olduğu mərkəzlər, içinə düşdükləri vəziyyətə görə ağciyərlərin işləməsini təmin edən əzələlərə lazımi əmrlər göndərir. Beyin kötüyü başqa ağciyərlərin xarici səthində yerləşən təzyiqə qarşı həssas reseptorlar da ağciyər həddindən artıq gərildikdə beyin kötüyünə tənəffüs dərinliyinin azaldılması üçün lazımi əmrlər göndərirlər. Bu proseslər hər gün, hər saniyə, hər an heç dayanmadan təkrarlanır.

Bir-birini tamamlayan bir çox tarazlıqdan ibarət bu sistemin öz-özünə kor-təbii şəkildə təsadüflər nəticəsində əmələ gəlməsini iddia etmək, əlbəttə, mümkün deyil. İnsan bədənindəki tənəffüs sistemi yaradılış nümunələrindən sadəcə biridir.

Digər dillərdə
Acèh: S'ueb
Afrikaans: Long
Alemannisch: Lunge
አማርኛ: ሳምባ
aragonés: Polmón
العربية: رئة
ܐܪܡܝܐ: ܪܐܬܐ
অসমীয়া: হাঁওফাঁও
asturianu: Pulmón
Atikamekw: Opan
авар: Гьуърул
Aymar aru: Chuyma
تۆرکجه: آغجییر
башҡортса: Үпкә
Bikol Central: Bagâ
беларуская: Лёгкія
беларуская (тарашкевіца)‎: Лёгкія
български: Бял дроб
বাংলা: ফুসফুস
brezhoneg: Skevent
bosanski: Pluća
буряад: Уушхан
català: Pulmó
Mìng-dĕ̤ng-ngṳ̄: Hié (ké-guăng)
čeština: Plíce
Чӑвашла: Ӳпке
Cymraeg: Ysgyfaint
Deutsch: Lunge
Zazaki: Ciger
ދިވެހިބަސް: ފުއްޕާމޭ
Ελληνικά: Πνεύμονας
English: Lung
Esperanto: Pulmo
español: Pulmones
eesti: Kopsud
euskara: Birika
فارسی: ریه
suomi: Keuhkot
Võro: Täü
français: Poumon
Frysk: Long
Gaeilge: Scamhóg
Gàidhlig: Sgamhan
galego: Pulmón
Avañe'ẽ: Ñe'ãvevúi
ગુજરાતી: ફેફસાં
客家語/Hak-kâ-ngî: Hi
עברית: ריאה
हिन्दी: फेफड़ा
hrvatski: Pluća
magyar: Tüdő
հայերեն: Թոքեր
interlingua: Pulmones
Bahasa Indonesia: Paru-paru
Iñupiak: Puvak
Ilokano: Bara
Ido: Pulmono
íslenska: Lunga
italiano: Polmone
日本語:
Patois: Long
la .lojban.: fepri
Basa Jawa: Paru-paru
ქართული: ფილტვები
Kabɩyɛ: Hʋzʋʋ
қазақша: Өкпе
ಕನ್ನಡ: ಶ್ವಾಸಕೋಶ
한국어: 허파
Кыргызча: Өпкө
Latina: Pulmo
лакку: Гьутру
лезги: Жигер
Lingua Franca Nova: Pulmon
Limburgs: Lónge
lingála: Lipúlúlú
lietuvių: Plaučiai
latviešu: Plaušas
Basa Banyumasan: Paru-paru
македонски: Бели дробови
മലയാളം: ശ്വാസകോശം
монгол: Уушги
मराठी: फुफ्फुस
кырык мары: Шоды
Bahasa Melayu: Paru-paru
Malti: Pulmun
မြန်မာဘာသာ: အဆုတ်
नेपाली: फोक्सो
नेपाल भाषा: लुङ
Nederlands: Long (orgaan)
norsk nynorsk: Lunge
norsk: Lunge
occitan: Palmon
ਪੰਜਾਬੀ: ਫੇਫੜਾ
Pangasinan: Bala
Kapampangan: Baga
Papiamentu: Pulmon
polski: Płuco
پنجابی: پھپھڑے
پښتو: سږي
português: Pulmão humano
Runa Simi: Surq'an
română: Plămân
armãneashti: Plimunu
русский: Лёгкие
संस्कृतम्: फुफ्फुसः
саха тыла: Тыҥа
sicilianu: Purmuna
Scots: Buffs
سنڌي: ڦڦڙ
srpskohrvatski / српскохрватски: Pluća
Simple English: Lung
slovenčina: Pľúca
slovenščina: Pljuča
chiShona: Mapapu
Soomaaliga: Sambab
shqip: Mushkëria
српски / srpski: Плућа
Basa Sunda: Bayah
svenska: Lunga
Kiswahili: Mapafu
тоҷикӣ: Шуш
ไทย: ปอด
Türkçe: Akciğer
татарча/tatarça: Үпкә
ئۇيغۇرچە / Uyghurche: ئۆپكە
українська: Легені
اردو: پھیپھڑے
oʻzbekcha/ўзбекча: Oʻpka
vèneto: Polmon
Tiếng Việt: Phổi
walon: Peumon
吴语:
хальмг: Оошг
isiXhosa: Imiphunga
მარგალური: ფიჟვი
ייִדיש: לונג
Vahcuengh: Bwt
中文:
文言:
Bân-lâm-gú: Hì (khì-koan)
粵語: