666 (mifologiya)

Rəsm əsərlərində 666 rəqəminin izahı

666 — mifologiyada "Heyvan rəqəmi" və ya "İblisin rəqəmi" adlanan bu rəqəm dünyanın sonuna az qaldığına işarədir.

Həvariyun İoannın "Apokalipsis" əsərində yazılmışdır: "... Kimin əqli varsa, Heyvanın rəqəmini hesablayıb dünyanın sonuna az qalmış gələcək Antixristin adını onunla öyrənə bilər. O rəqəmsə insanidir və altı yüz almış altıya bərabərdir..."

Təxminən 2 min əvvəl qələmə alınmış bu kəlmələri insanlar oxuyandan bəri elə hey hesablayır, hesablayır, lənətə gəlmiş 666-nı ən müxtəlif hökmdarlarla bağlayır, dünyanın sonuna az qaldığını deyirlər.

6 rəqəmi ilə bağlı tarixi hadisələr

Tarixi yada salanda bəlli olur ki,

    • 1906-cı ilin iyunun 6-da Çar Rusiyasının Dövlət Dumasının deputatları ölüm hökmünün ləğvi barədə qanun veriblər: imperiyanın çöküşü və bolşevik inqilabında bu qanun müstəsna rol oynadı.
  • 1996-cı ilin iyunun 6-da Kampuçiyadakı "qırmızı kxmer"lərin qanlı lideri, milyonlarla insanı kütləvi şəkildə məhv etdirmiş Pol Pot dünyasını dəyişib.

1096-cı ilin iyunun 6-na aid olan xronikalarda isə tarixçilər yazır ki, həmin gün "ulduzlar səmada dəli kimi sayrışıb uçurdular".

Bəşəriyyətin yaşadığı eralar ərzində dəfələrlə bu rəqəmə bərabər tarixlər olub və hələlik dünyanın sonu çatmayıb. 666 rəqəminə bərabər tarixlərdə də fəlakətlər baş verməyib. İslam və iuadizmdə 666 rəqəmi adi saydırsa, xristian aləmində məşumluq rəmzi sayılır. O da ki, məhz Müqəddəs İoannın "Açıqlama"sından sonra.

Digər dillərdə
العربية: رقم الوحش
беларуская: Лік звера
български: Число на звяра
čeština: Číslo šelmy
Чӑвашла: Кайăк хисепĕ
dansk: Dyrets tal
فارسی: عدد وحش
suomi: Pedon luku
Bahasa Indonesia: Bilangan binatang
日本語: 獣の数字
한국어: 짐승의 숫자
Plattdüütsch: 666 (Okkultismus)
português: Número da Besta
română: Numărul fiarei
русский: Число зверя
slovenčina: Číslo šelmy
українська: Число звіра
vepsän kel’: Zverin lugu
中文: 獸名數目