Əsl püstə

Əsl püstə
Əsl püstə
Elmi təsnifat
Aləmi:Bitkilər
Şöbə:Örtülütoxumlular
Sinif:İkiləpəlilər
Sıra:Sabun ağacıkımilər
Fəsilə:Sumaq
Cins:Püstə
Növ:Əsl püstə
Elmi adı
Pistacia vera L., 1753

Wikispecies-logo.svg
Vikinnövlərdə
təsnifat

Commons-logo.svg
Vikianbarda
şəkil

506470
55513

Əsl püstə (lat. Pistacia vera) – Sumaq fəsiləsinin püstə cinsinə aid növ.

Püstə mart-apreldə yarpaqlar açıldığı vaxt çiçəkləyir. Çiçəklər topa halında enli süpürgə-salxımlara yığılmışdır. Erkək çiçəklər dişi çiçəklərdən 2-3 gün tez açılır. Çiçəkləmə 20-25 gün davam edir. Püstənin meyvəsi iyul-avqustda yetişir. 7-8 yaşından meyvə verir, 100 il ömür sürür. Meyvəsi qozvari, birtoxumlu çəyirdəkdir, sarımtıl-ağ rəngdədir. Kütləsi 0,9-2,5 q-dır. Meyvələr yetişdikdə çiçək yanlığı bürüşür, quruyur, partlayır və meyvədən asanlıqla ayrılır. Ləpəsi açıq yaşıl, yaşıl rəngli, yanları bənövşəyi olur. Dadı xoşagələn şirin və yağlıdır. Püstə ləpəsinin tərkibində 68% yağ, 18-22% zülali maddə, 9,5-17%-ə qədər karbohidrat, 4,6% sellüloza, 3,1% kül vardır. Dadlı, lətif, yağlı və faydalı olduğundan çox qiymətlidir.

Püstənin meyvəsindən təzə, qovrulmuş və duzlanmış halda istifadə edirlər. Ləpəsi qənnadı məmulatı (tort, pirojna, şokolad, Şərq şirniyyatı) istehsalında işlədilir, eləcə də bəzi kolbasa məhsullarına və pendirə qatılır. Püstənin yağı qurumayan yağ qrupuna aiddir, əczaçılıqda, ətriyyatda və lakların hazırlanmasında geniş istifadə olunur. Püstənin yarpaqlarında, meyvələrində, qabığında və oduncağında 10-12%-ə qədər aşılayıcı maddə vardır. Müxtəlif növ mənənələr yarpaqlarda fır şişləri (buzqunç) əmələ gətirir ki, bunun tərkibində 30-50% tanin olur. Bu, toxuculuq və yüngül sənayedə aşılayıcı və boyaq maddəsi almaq üçün qiymətli xammaldır.

Püstənin ağacından iyul-avqust aylarında çəkilən qətrandan yüksək keyfiyyətli lak hazırlanır.

Müasir xalq təbabətində püstə qanazlığında, arıqlamada, vərəm xəstəliyində, qaraciyər ağrılarında tətbiq edilir.[1]

Digər dillərdə
العربية: فستق
تۆرکجه: اصل پوسته
български: Шамфъстък
català: Pistatxer
Cebuano: Pistatso
Deutsch: Pistazie
ދިވެހިބަސް: ޕިސްތާ ބަދަން
Ελληνικά: Φιστικιά
English: Pistachio
Esperanto: Pistakujo
español: Pistacia vera
euskara: Pistatxondo
فارسی: پسته
français: Pistacia vera
Gaeilge: Piostáis
galego: Pistacho
ગુજરાતી: પિસ્તા
עברית: פיסטוק
हिन्दी: पिस्ता
hrvatski: Prava tršlja
hornjoserbsce: Prawa pistacija
Kreyòl ayisyen: Pistach
հայերեն: Պիստակ
Bahasa Indonesia: Pistacio
italiano: Pistacia vera
日本語: ピスタチオ
Qaraqalpaqsha: Piste
ಕನ್ನಡ: ಪಿಸ್ತಾ
한국어: 피스타치오
kurdî: Fistiq
Кыргызча: Мисте
Lëtzebuergesch: Pistasch
latviešu: Pistācija
മലയാളം: പിസ്താശി
नेपाली: पिस्ता
Nederlands: Pistache
norsk: Pistasj
occitan: Pistacha
پنجابی: پستہ
português: Pistache
română: Fistic
sicilianu: Pistacia vera
Scots: Pistachio
سنڌي: پستا
srpskohrvatski / српскохрватски: Pistacija
slovenščina: Pistacija
српски / srpski: Пистаћ
svenska: Pistasch
Tagalog: Pistatso
українська: Фісташка справжня
اردو: پستہ
Tiếng Việt: Hồ trăn
Winaray: Pistacia vera
吴语: 开心果
中文: 开心果
粵語: 開心果