Əllincilər

Əllincilər ( ing. Pentecostalism) — Protestant xristian məzhəbi.

Yaranması

XIX əsrin sonu, XX əsrin əvvəllərində ABŞ-da protestant icmaları arasında erkən xristianlığa qayıdış, onun mənəvi cəhətdən dirçəldilməsi kimi ideyaların geniş yayılması əllincilərin meydana gəlməsinə səbəb olmuşdur. Xristianlığın protestant qolu sayılan əllincilər cərəyanının əsası metodist kilsəsinin keçmiş pastoru Çarlz Parem tərəfindən qoyulmuşdur.

1901-ci ildə Yeni il ərəfəsində Parem və onun tələbələri protestant aləmində din və imanın zəifləməsinin səbəblərini müzakirə edərkən, belə nəticəyə gəlmişlər ki, bu sualın cavabı Əhdi-Cədidin Həvvarilərin işləri bölümündə gizlənmişdir. Burada Əllinci gün bayramı zamanı (İudaizmdə Hz. Musaya (ə) Toranın verilməsi ilə bağlı keçirilən şənlik) Məsihin şagirdlərinə Allah tərəfindən bilmədikləri dillərdə danışma qabiliyyətinin verilməsindən, həvarilərin yad xalqların yanlarına gedərək onlara İsa Məsih təlimini təbliğ etmələrindən danışılır. İncilə görə, həmin hadisə Hz.İsa (ə)-ın göyə yüksəlməsinin onuncu günündə baş vermişdir.

Parem və tələbələrinin fikrincə, həvarilərin "bilmədikləri dillərdə danışma" vergisi sadə xristianlar tərəfindən itirildiyi üçün xristian dünyası ateist, inkarcı düşüncələrin, sekulyar ideyaların təsiri altına düşmüşdür. Onlara görə, saf imana qayıtmağın yalnız bir yolu var: itirilmiş vergini dua vasitəsi ilə geri qaytarmaq. Odur ki, Parem dua mərasimində vəcd halındakı qızın başına əlini qoymuş və bundan sonra guya qız bilmədiyi dildə danışmağa başlamışdır.

İtirilmiş verginin geri qayıtdığına sevinən ordakı dindarlar bundan cuşa gəlmiş, həmin dini praktikanı təkrarlamış, dua zamanı anlaşılmayan səslər çıxararaq bilmədikləri dillərdə danışdıqlarını düşünmüş, bunu Tanrının vergisi kimi qəbul etmişlər.

Həmin hadisə Əllinci gün bayramı vaxtı baş verdiyindən yeni dini cərəyanın nümayəndələri əllincilər adı ilə tanınmışlar. Get-gedə əhali arasında rəğbət qazanan əllincilər saylarını artırmaq, dini dünyagörüşlərini yaymaq məqsədi ilə təbliğat fəaliyyətinə keçmişlər. Bu işdə Uilyam Seymur, Devid Dyu Plessi adlı şəxslər xüsusilə seçilmişlər. Qısa müddət ərzində əllincilik ideologiyası ABŞ-ın müxtəlif şəhərlərində yayılaraq, ölkənin hüdudlarından kənara çıxmışdır. Metodist kilsəsinin keçmiş pastoru Tomas Balla Baratın səyi ilə əllincilərin sayı Avropada, o cümlədən Skandinaviya və Pribaltika ölkələrində artmışdır.

Digər dillərdə
العربية: خمسينية
беларуская: Пяцідзясятніцтва
español: Pentecostalismo
français: Pentecôtisme
arpetan: Pentecoutismo
Gaeilge: Cincíseachas
Gàidhlig: Caingeiseachd
客家語/Hak-kâ-ngî: Ńg-sùn-chiet Yun-thung
Bahasa Indonesia: Gereja Pentakosta
italiano: Pentecostalismo
қазақша: Елуліктер
한국어: 오순절주의
lingála: Nzámbe-Malámu
لۊری شومالی: پنتاکوستالیسم
lietuvių: Sekmininkai
latviešu: Pentakosti
македонски: Пентекостализам
Mirandés: Pentecostalismo
Nederlands: Pinksterbeweging
norsk nynorsk: Pinserørsla
português: Pentecostalismo
română: Penticostalism
sicilianu: Pinticustalisimu
srpskohrvatski / српскохрватски: Pentekostalizam
Simple English: Pentecostalism
slovenčina: Letničné hnutie
slovenščina: Binkoštništvo
српски / srpski: Пентекостализам
Kiswahili: Wapentekoste
Türkçe: Pentikostalizm
українська: П'ятдесятництво
oʻzbekcha/ўзбекча: Pentecostallar
Tiếng Việt: Phong trào Ngũ Tuần