Əl-Qaidə

Infobox museum pictogram.png
Əl-Qaidə
Flag of al-Qaeda in Iraq.svg
Növüterror təşkilatı
Yaranma tarixi1989-cu il
SədriƏymən əl-Zəvahiri
VikiAnbarda Commons-logo.svg audio, foto və videofayllar

Əl-QaidəÜsamə bin Ladenin keçmiş lideri olduğu terror təşkilatı. 1989-cu ildə yaranmışdır. 2009-cu ildə Londonda nəşr olunan "El Kuds El Arabi" qəzetinin baş redaktoru Abdulbari Atvan bununla bağlı çox maraqlı məqalə yazıb. Bu məqalə dünyanın, o cümlədən Qərbin bir çox nüfuzlu nəşrlərində tərcümə edilərək yerləşdirilib.

Abdulbari Atvan Əl-Qaidə haqqında

A. Atvan yazır ki, 8 il əvvəl sentyabrın 11-də Nyu-Yorkda həyata keçirilən terror olayından sonra Qərbdə bəzi ekspertlər "əl-Qaidə"nin guya zəiflədiyi haqda mülahizələr irəli sürür və bunu ABŞ başda olmaqla koalisiya qüvvələrinin Əfqanıstanda, İraqda apardıqları əməliyyatlarla əlaqələndirirlər. Sübut kimi isə London, Madrid və digər şəhərlərdə terror təşkilatının səs-küy doğuracaq əməliyyatlar həyata keçirmək yönündə cəhdlərinin uğursuzluqla nəticələnməsi qeyd olunur.

"El Kuds El Arabi" qəzetinin baş redaktoru bu mülahizələri yanlış sayır. O xatırladır ki, 20-ci ilini qeyd edən "əl-Qaidə" bu günə qədər ABŞ-ın dövlət büdcəsini 908 milyard dollar zərərə salıb, 5 min əsgərin ölümünə, 30 min əsgərin yaralanmasına bais olub və bütün bunların sonu hələ də görünmür.

Müəllif yada salır ki, "əl-Qaidə"nin 8 il əvvəl ünvanı yalnız Əfqanıstandakı Tora-Bora dağları olub. İndi "əl-Qaidə" Pakistan və Əfqanıstanın sərhəd bölgələri, Ərəbistan yarımadası, Şimali AfrikaSomalidə də güclü, təhlükəli şəbəkəyə malikdir və bu, Qərbdə də etiraf olunur: "Əl-Qaidə" təşkilatı əfsanəvi Draqon (əjdaha) kimi oldu. Hər başı kəsiləndə yerindən bir çox baş çıxır". Baş redaktor yazır ki, "əl-Qaidə" ABŞ hərbi qüvvələrinə qarşı ilk terror aktını 1994-cı ildə Somalidə, "Black Havk" təyyarəsini qaçırıb 18 heyət üzvünü öldürməklə həyata keçirib. İndi "əl-Qaidə" Somaliyə yenidən, bu dəfə "Sebabul" İslam Hərəkatı adı altında qayıdıb. Bu, əslində ironiyadır. Çünki Somaliyə qonşu ölkələrdə, o cümlədən Avropada "əl-Qaidə" bir çox könüllünü öz ətrafında toplayıb və Avropada təhlükəsizlik orqanları üçün əsas təhdid mənbəyinə çevrilib. "Əl-Qaidə" terror təşkilatının əsas hədəfi əvvəllər Küveyti ABŞ və Qərbin əsarətindən qurtarmaq olub. Bu missiyanı tamamlayandan sonra hədəflər sırasında ABŞ qüvvələrinin Ərəbistan yarımadasından çıxarılması gəlib. A. Atvan vurğulayır ki, sonradan ABŞ-ın axmaqlığı, Əfqanıstan və İraqdakı uğursuz savaşlar, ərəblərə və digər müsəlmanlara yönəlik alçaldıcı hərəkətlər, bunların geniş ictimaiyyətə də məlum olması "əl-Qaidə"nin beynəlxalq terror təşkilatına çevrilməsi üçün əsas səbəb olub. Baş redaktor hesab edir ki, ABŞ artıq "əl-Qaidə"yə qarşı apardığı savaşı qazana bilməz. Məsələn, 8 il öncə devrilən "Taliban" hərəkatı hazırda Əfqanıstanın 2/3 hissəsinə nəzarət edir və elə gün olmur ki, NATO əsgərləri qətlə yetirilməsin. Təkcə avqust ayında 50 amerikalı əsgər öldürülüb. Sentyabrda bu sayın 2 dəfə artacağı gözlənilir.

A. Atvan bu qənaətdədir ki, hərbi və mənəvi məğlubiyyət fonunda ABŞ-ın yeni alternativ planları da özünü doğrultmur. Əfqanıstanda keçirilən prezident seçkilərinin rəsmi nəticələrinin açıqlanmasından sonra yaranacaq vəziyyət daha çox "Taliban"a sərf edir. Atası puştun, anası tacik olan prezidentliyə namizəd Abdulla Abdulla indidən seçkilərdə saxtakarlıq olduğunu iddia edir. Hazırkı dövlət başçısı Həmid Kərzayinin "qələbəsi"nə görə nə əfqanların, nə də qərb dövlətlərinin bayram etməsi gözlənmir. Üstəgəl, Qərb yönümlü hazırkı hökumətin korrupsiyaya uğraması barədə də əfqan xalqında birmənalı rəy formalaşmaqdadır.

Baş redaktora görə, ABŞ və onun koalisiya ortaqlarının həyata keçirdiyi hücumlar zamanı dinc insanlar arasında çoxlu sayda tələfatın olması "əl-Qaidə" və "Taliban"ın işinə yaramaqdadır. Çünki onlar daha çox tərəfdar və özlərini qurban verməyə hazır intiharçı dəstələr qazanırlar. Digər tərəfdən, ABŞ və digər Qərb dövlətlərinin Yaxın Şərqdəki müsəlman dövlətlərin zəiflədilməsi, bu bölgədə güclü dövlətin olmamasına çalışması, böyük dövlətləri parçalama siyasətləri, eyni zamanda buradakı hakim zümrələrin korrupsiyalaşması "əl-Qaidə"nin özünə etibarlı məkan qazanmasını asanlaşdırır.

Somali, Pakistan, Sudan, YəmənSuriya artıq bu siyahıya daxil olmaqdadır. QəzzaLivan da yoldadır. Bu isə Qərb üçün çox böyük təhdid vəd edir. Çünki Pakistanda nüvə silahı var. Yəmən Qərb iqtisadiyyatının dayağı olan Körfəz neft sənayesini təhdid edir – bu ölkə neft tankerlərinin keçdiyi dəniz yolunun sahilindədir. Təşkilatın Şimali Afrikada möhkəmlənməsi Avropada yaşayan, bir qismi irqi ayrı-seçkiliklə, işsizlik və məhdudiyyətlə üzləşən 30 milyonluq müsəlman toplumunun "əl-Qaidə"yə yaxınlaşmasına səbəb ola bilər.

Baş redaktor bütün bunları ümumiləşdirərək vurğulayır ki, əslində "əl-Qaidə" hazırda Yaxın Şərqdə faktiki yeni gücə çevrilib: "Bu gün Fələstin probleminin həlli üçün ərəb dövlətləri ABŞ-ın dediyi ilə oturub-durur, sülh səyləri isə nəticə vermir. Əgər "əl-Qaidə" İsrailə qarşı böyük səs-küy doğuracaq bircə əməliyyat həyata keçirsə, müsəlman dünyasında "əl-Qaidə"nin nüfuzu ən yüksək zirvəyə qalxacaq. Bu gün faktiki "əl-Qaidə" ideologiyaya çevrilir. Qərb və İslam dövlətləri itirir, 20-ci ilində "əl-Qaidə" qazanır".[1]

Digər dillərdə
Afrikaans: Al-Kaïda
aragonés: Al-Qaeda
asturianu: Al Qaeda
Boarisch: Al-Qaida
Bikol Central: Al-Qaeda
беларуская: Аль-Каіда
беларуская (тарашкевіца)‎: Аль-Каіда
български: Ал-Каида
brezhoneg: Al-Qaida
bosanski: Al-Kaida
català: Al-Qaida
Chavacano de Zamboanga: Al-Qaeda
Mìng-dĕ̤ng-ngṳ̄: Al-Qaeda
Cebuano: Al-Qaeda
کوردی: ئەلقاعیدە
čeština: Al-Káida
Cymraeg: Al-Qaeda
dansk: Al-Qaeda
Deutsch: Al-Qaida
Zazaki: El Qaide
Ελληνικά: Αλ Κάιντα
English: Al-Qaeda
Esperanto: Al-Kaida
español: Al Qaeda
euskara: Al Kaida
فارسی: القاعده
suomi: Al-Qaida
føroyskt: Al-Qaeda
français: Al-Qaïda
Frysk: Al-Qaida
galego: Al Qaida
客家語/Hak-kâ-ngî: Al-Qaeda
עברית: אל-קאעידה
हिन्दी: अल-क़ायदा
hrvatski: Al-Kaida
magyar: Al-Káida
հայերեն: Ալ-Կաիդա
interlingua: Al-Qaeda
Bahasa Indonesia: Al-Qaeda
íslenska: Al-Kaída
italiano: Al Qaida
Basa Jawa: Al-Qaéda
ქართული: ალ-კაიდა
қазақша: Әл-Қағида
ಕನ್ನಡ: ಅಲ್ ಕೈದಾ
한국어: 알카에다
Ripoarisch: El-Qaeda
kurdî: Elqaîde
Кыргызча: Ал-Каида
Latina: Al-Qāʿida
Ladino: Al Qaida
Lëtzebuergesch: Al-Qaida
Limburgs: Al Qaeda
lietuvių: Al-Qaeda
latviešu: Al-Qaeda
македонски: Ал-Каеда
മലയാളം: അൽ ഖാഇദ
मराठी: अल कायदा
Bahasa Melayu: Al Qaeda
မြန်မာဘာသာ: အယ်လ်ကေးဒါး
مازِرونی: القاعده
Plattdüütsch: Al Kaida
नेपाली: अल कायदा
Nederlands: Al Qaida
norsk nynorsk: Al-Qaida
norsk: Al-Qaida
ਪੰਜਾਬੀ: ਅਲ ਕਾਇਦਾ
polski: Al-Ka’ida
پنجابی: القاعدہ
پښتو: القاعده
português: Al-Qaeda
română: Al-Qaida
русский: Аль-Каида
саха тыла: Ал-Каида
sicilianu: Al-Qaida
Scots: Al-Qaeda
srpskohrvatski / српскохрватски: Al-Kaida
සිංහල: අල්-කයිඩා
Simple English: Al-Qaeda
slovenčina: Al-Káida
slovenščina: Al Kaida
Soomaaliga: Al-Qaacida
shqip: Al-Kaida
српски / srpski: Ал Каида
svenska: Al-Qaida
Kiswahili: Al-Qaeda
తెలుగు: అల్ ఖైదా
Tagalog: Al-Qaeda
Türkçe: El-Kaide
татарча/tatarça: Äl-Qağidä
українська: Аль-Каїда
اردو: القاعدہ
oʻzbekcha/ўзбекча: Al-Qoida
Tiếng Việt: Al-Qaeda
Winaray: Al-Qaeda
ייִדיש: אל קיידא
Yorùbá: Al-Kaida
中文: 基地组织
文言: 蓋達
Bân-lâm-gú: Al-Qaeda
粵語: 阿蓋達