Şmuel Yosef Aqnon |
Şmuel Yosef Aqnon | |
---|---|
שמואל יוסף עגנון | |
| |
İlk adı | Şmuel Yosef Xalevi Çaçkes |
Doğum tarixi | |
Doğum yeri | Buçaç, |
Vəfatı | |
Vəfat yeri | |
Dəfn yeri | Mount of Olives Jewish Cemetery |
Uşağı | Q7009357? |
Vətəndaşlığı | ![]() |
Milliyyəti | |
Əsərlərinin dili | |
Mükafatları | ![]() |
ID 0013165 | |
![]() | |
![]() |
Şmuel Yosef Aqnon (
Tam adı Şmuel Yosef Xalevi Çaçkes olan İsrail yazıçısı Şmuel Yosef Aqnon keçmiş Avstriya-Macarıstan imperiyasının Qalitsiya əyalətində, kiçik Buçaç şəhərində ortodoks yəhudi ailəsində doğulmuşdu. Hazırda həmin ərazi Polşa sərhədlərinə daxildir. Ədəbi zövq və maraqlarının formalaşmasında ziyalı qadın olan anası mühüm rol oynamışdı.
Aqnon ənənəvi yəhudi təhsili almışdı. Xedereyə getmiş, atasının və yerli ravvinin rəhbərliyi ilə Zəburu öyrənmişdi. Daha sonra "Bet xamidraş"da qədim və orta əsrlər yəhudi müəlliflərinin əsərlərini, xasidlərin təlimini və müasir yəhudi ədəbiyyatını öyrənmişdi. Gənc yaşlarından fəal
sionist kimi tanınmışdı. Əsərlərini yəhudilər arasında yayılmış hər iki dildə – idiş və ivritdə yazırdı. Doğma xalqının tarixinə maraq nəticəsində hələ 19 yaşında ikən
Yaffa və
Yazıçının ilk bədii əsəri – "Atılmış arvadlar" povesti
Yerusəlim ziyarətindən sonra 1912-ci ildə o,
Birinci Dünya müharibəsi başlayanda Aqnon səfərbərliyə alınmamaq üçün sözün həqiqi mənasında simulyasiyaya əl atmış, hətta səhhətinə ciddi ziyan yetirmişdi. Sonra müəllif bu ağılsız hərəkətinin altını çəkməli olmuşdu.
Aqnon 1924-cü ildə Almaniyadan Böyük Britaniyanın mandatlı ərazisi olan Yerusəlimə qayıtmışdı. Beş il sonra bu qədim şəhərdə başlanan ərəb üsyanı zamanı bir sıra ortodoks yəhudilər kimi onun evi də darmadağın edilmişdi.
20-ci illərin sonunda Aqnon məşhur əsərini – iki cildlik "Toy kəcavəsi" romanını tamamlamışdı. Üç qızı üçün ər axtarışına çıxan bir xasidin həyatından bəhs edən ironik səciyyəli əsər 1931-ci ildə çap olunmuşdu.
1932-ci ildə uzunmüddətli ayrılıqdan sonra Polşadakı həmvətənlərinin qurduqları yəhudi icmalarını ziyarət edən Aqnon şahidi olduğu dəyişiklikləri özünün "Gecə qonağı" (1937) romanında əks etdirmişdi. Otuzuncu illərdə müəllif daha bir populyar romanını – "Adi əhvalat"ı (1939) oxucularına təqdim etmişdi.
Aqnon əsərlərinin bəzilərini alman dilində yazsa da, onun müraciət etdiyi mövzular mütləq yəhudi həyatından alınırdı. Amerika tənqidçisi Edmund Uilson hələ 50-ci illərin sonunda yaradıcılığına yaxşı bələd olduğu Şmuel Yosef Aqnonu fərdi qaydada Nobel mükafatına təqdim etmişdi. Lakin bu niyyəti yalnız 1966-cı ildə gerçəkləşdirmək mümkün olmuşdu. Aqnon həmmilləti – yəhudi əsilli alman şairəsi
Nobel mükafatı Aqnonu az qala İsrailin milli qəhrəmanına çevirmişdi. Hətta Yerusəlimdə, onun yaşadığı rayonda yol təmiri işləri aparılanda şəhər bələdiyyəsi yazıçının evinin yaxınlığında "Sakitliyə riayət edin. Aqnon işləyir" lövhəsini asmağı lazım bilmişdi. İstər rəsmi dairələrdə, istərsə də sadə xalq arasında son dərəcə populyarlığına baxmayaraq, Aqnon həyatının son illərində oxucularının sayının azalmasından, yəhudilərin milli dəyərlərə laqeyd yanaşmalarından şikayətçi idi.
Aqnon iki dəfə İsrailin dövlət mükafatını almış, habelə bir sıra digər milli ödüllərə layiq görülmüşdü. O, Yerusəlim və Kolumbiya universitetlərinin fəxri doktoru idi, 1962-ci ildə Yerusəlimin fəxri vətəndaşı seçilmişdi.
Aqnon vətənində indi də bütün zamanların ən məşhur yəhudi yazıçısı sayılır. Onun portreti İsrail pul vahidinin – 50 şekelin üzərini bəzəyir. Yerusəlimin mərkəzi küçələrindən birinə isə yazıçının şərəfinə Sderat Şai Aqnon – Aqnon küçəsi adı verilmişdir.