Şerlok Holms

Rusiyalı aktyor Vasili Livanov Şerlok Holms rolunda

Şerlok Holms (ing. Sherlock Holmes) — şotland yazıçısı Artur Konan Doylun yaratdığı xəfiyyə obrazı. İlk dəfə 1887-ci ildə Al tonlarda etüd povestində peyda olmuş Holms Lodonda Beyker-strit, 221B ünvanında yaşayır və cənubi və mərkəzi İngiltərə və kontinental Avropa boyu cinayətkarları təqib edir, dolaşıq cinayət işlərinin üstünü açırdı.

Şerlok Holms obrazının prototipi tibb məktəbində oxuyarkən Konan Doyla dərs demiş eksentrik Doktor Cozef Bell olmuşdur. Holmsun məşhur deduksiya qabiliyyəti də Bellin xəstələrin diaqnozunu müəyyən etmək üçün istifadə etdiyi qeyri-adi metodlardan yaranıb.

Şerlok Holmsun macəraları onun dostu və kampanyonu Doktor Uotsonun dilindən təsvir edilir. Ümumilikdə Konan Doylun qələmindən 4 belə povest və 56 kiçik hekayə çıxıb ki, onlar da Holmsun 1878-1914-cü illərdəki fəaliyyətini əhatə edir.

Şerlok Holms obrazı bütün dövrlərin ən çox ekranlaşdırılmış obrazlarından biri sayılır. Belə ki, Holms haqqında indiyə qədər 200-dən çox film çəkilib. Bunların sırasından keçmiş sovet kinomatoqrafçılarının çəkdiyi "Şerlok Holms və Doktor Uotsonun sərgüzəştləri" adlı teleserial Şerlok Holmz haqqında çəkilmiş ən yaxşi ekran əsəri kimi qiymətləndirilir. Bu teleserialda Şerlok Holms obrazını canlandirmış sovet aktyoru Vasili Livanov isə bu obrazın ən yaxşı ifaçılarından biri sayılır və 2006-cı ildə aktyor Böyük Britaniyanın ən yüksək titulu – Britaniya İmperiyası Ordeni ilə təltif olunmuşdur.

Şerlok Holms obrazının məşhurluğu və oxucu kütləsi üzərində təsiri o qədər böyük idi ki, Konan Doylun ölümündən sonra da müxtəlif yazıçılar Holmsu öz əsərlərinin qəhrəmanı şeçməyə davam edirdilər. Şerlok holms obrazından öz əsərlərində istifadə edən son müəlliflərdən biri də Boris Akunin olmuşdur. Onun Qüllənin əsiri hekayəsində Şerlok Holms və Doktor Uotson 1900-cü ilin son günü Fransanın Sen-Malo şəhərində bir dolaşıq işin tədqiqi zamanı Erast Fandorin və köməkçisi Masa ilə həm tərəfdaş, həm də rəqib olurlar.

Digər dillərdə
العربية: شرلوك هولمز
asturianu: Sherlock Holmes
žemaitėška: Šerluoks Huolmsos
Bikol Central: Sherlock Holmes
беларуская: Шэрлак Холмс
беларуская (тарашкевіца)‎: Шэрлак Голмз
български: Шерлок Холмс
brezhoneg: Sherlock Holmes
bosanski: Sherlock Holmes
čeština: Sherlock Holmes
Ελληνικά: Σέρλοκ Χολμς
Esperanto: Sherlock Holmes
español: Sherlock Holmes
français: Sherlock Holmes
hrvatski: Sherlock Holmes
Հայերեն: Շերլոկ Հոլմս
Bahasa Indonesia: Sherlock Holmes
íslenska: Sherlock Holmes
italiano: Sherlock Holmes
қазақша: Шерлок Холмс
한국어: 셜록 홈즈
Кыргызча: Шерлок Холмс
Lëtzebuergesch: Sherlock Holmes
latviešu: Šerloks Holmss
Malagasy: Sherlock Holmes
македонски: Шерлок Холмс
Bahasa Melayu: Sherlock Holmes
မြန်မာဘာသာ: ရှားလော့ခ်ဟုမ်း
Nāhuatl: Sherlock Holmes
Nederlands: Sherlock Holmes
norsk nynorsk: Sherlock Holmes
português: Sherlock Holmes
română: Sherlock Holmes
русский: Шерлок Холмс
sicilianu: Sherlock Holmes
srpskohrvatski / српскохрватски: Sherlock Holmes
Simple English: Sherlock Holmes
slovenčina: Sherlock Holmes
slovenščina: Sherlock Holmes
српски / srpski: Šerlok Holms
Türkçe: Sherlock Holmes
татарча/tatarça: Шерлок Холмс
українська: Шерлок Холмс
oʻzbekcha/ўзбекча: Sherlock Holmes
Tiếng Việt: Sherlock Holmes
文言: 福爾摩斯
Bân-lâm-gú: Sherlock Holmes
粵語: 福爾摩斯