Şəkərli diabet

ICD-10 təsnifatı
Mavi çevrə şəkərli diabetin ümumi qəbulolunmuş simvoludur.

Mavi çevrə şəkərli diabetin ümumi qəbulolunmuş simvoludur.
E10Birincili insulinasılıqlı şəkərli diabet
I tip
E11İkincili insulinasılıqlı şəkərli diabet
II tip
ICD-10 online (WHO-Version 2006)

Diabetes mellitus (DM), Diabet (yun. διαβήτης „süzənək" və lat. mellitus „bal kimi şirin") və ya Şəkər xəstəliyi, Şəkərli diabet – şəkərin qanda xroniki artımıdır. Diabetlə əlaqəli ağırlaşmaların hamısının səbəbi qlükozanın qanda yüksək olmasıdır. Pasient qanda şəkərin miqdarını idarə edə bilərsə, şəkərli diabet xəstəlik yox, həyat tərzinə çevriləcəkdir ki, bununla da ağırlaşmaların qarşısını almaq olar. Bu həyat tərzi isə diabetin tipindən asılı olur.Şəkərli diabetin hal hazırda 2 tipi vardır.Diabet tip 1 pasientləri üçün gündəlik insulin inyeksiyaları mütləqdir, bəzi pasientlərdə avtomatik insulin pompaları implantasiya oluna bilər.Diabet tip 2 pasientlərinə isə həb şəklində dərmanlar (yaxud insulin, əgər həb şəkilli preparatlar qanda qlükozanı norma çərçivəsində saxlamağa qadir deyilsə)mütləqdir.

Hazırda dünyada 371 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir.Beynəlxalq Diabet Federasiyasının(IDF)məlumatına görə 187 milyondan çox insan isə hələdə diabet olmasından xəbərsizdir.

Şəkərli diabetin yüksək artımı eyni zamanda onun yaratdığı tibbi, sosial, iqtisadi, psixoloji və digər problemləri də çox qabardır. Məhz bu baxımdan Beynəlxalq Diabet Federasiyası (BDF) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsi ilə hər il 14 noyabr Ümumdünya diabet günü kimi qeyd olunur.2006-cı ildə Ümumdünya Səhiyyə Təşkilatı xüsusi bəyannamə qəbul edib və bu sənəddə şəkərli diabeti "ağır xroniki xəstəlik" kimi səciyyələndirib.[1]

Tarixi

Orta əsr təbabətinə görə bu xəstəliyin əsas səbəblərindən biri yemək rejiminin və böyrəyin funksiyasının pozulmasıdır. Çoxlu ət, ət məhsulları və heyvan yağları işlədilən ölkələrdə şəkər xəstəliyinə tutulurlar. Ağır yağlar, xörəklər işlədilən adamlara bu xəstəlik tez tə"sir göstərir.

Keçmiş həkimlər bu xəstəliyin səbəbini böyrək funksiyasının pozulmasında gördüklərindən, onlar müalicəni də böyrəyin qüvvətlənməsi və onun funksiyasının normallaşması istiqamətində aparmışlar. Əgər xəstələrin (xüsusilə cavan yaşlıların) ümumi vəziyyəti imkan verirsə, onlardan həcəmət qoymaq yolu ilə qan alırlar. Susuzluq zamanı xəstələri soyuq su içməyə qoymur, onları sərin yerdə yatızdırır, böyrək nahiyəsinə sərin kompres qoyur, xüsusilə turş meyvələr verirlər.

Şəkər xəstəliyi olan şəxslərdə böyrəyin tənzimlənməsi üçün, soyuq və qəbizlik xüsusiyyəti olan yeməklər, turp yeməklər, qora, zirinc, limon, keşniş, düyü işlətmək, sərin havada olmaq tövsiyə olunur. Qədim təbabətdə xəstələri şəkərli maddələr, o cümlədən bal yeməkdən çəkindirməmiş, yalnız xəstəliyin şiddətli dövründə onlara həmin qidaları işlətməyi qadağan etmişlər.

Keçmiş təbiblərin əqidəsincə, xəstələr yağlı yeməklərin üzərinə darçın səpsələr, onun zərərini xeyli azaltmış olarlar. Darçın yağların həll olunmasına yaxşı kömək göstərir. Bu xəstəliyə tutulanlara paxla, lobya və dənli bitkilər işlətmək məsləhət görülür. Onlar pəhriz məqsədilə çöl dovşanı və keçi əti yeməlidirlər.

Meyvələrdən çiyələk, böyürtkən, əzgil, nar (narı içərisinin tumları ilə birlikdə yemək lazımdır), zirinc, zoğal axtası, qarağat, alma və armud daha faydalıdır.

Digər dillərdə
Afrikaans: Suikersiekte
Alemannisch: Diabetes mellitus
አማርኛ: ስኳር በሽታ
العربية: السكري
অসমীয়া: বহুমূত্ৰ ৰোগ
تۆرکجه: دیابت
башҡортса: Шәкәр диабеты
žemaitėška: Sokraus diabets
беларуская: Цукровы дыябет
беларуская (тарашкевіца)‎: Цукровы дыябэт
български: Захарен диабет
বিষ্ণুপ্রিয়া মণিপুরী: ডায়াবেটিস
brezhoneg: Diabet
کوردی: شەکرە
Cymraeg: Diabetes
dansk: Sukkersyge
ދިވެހިބަސް: ހަކުރު ބަލި
Esperanto: Diabeto
euskara: Diabetes
فارسی: دیابت
suomi: Diabetes
føroyskt: Sukursjúka
français: Diabète sucré
Gaeilge: Diaibéiteas
Avañe'ẽ: Tuguyasuka
ગુજરાતી: મધુપ્રમેહ
עברית: סוכרת
हिन्दी: मधुमेह
interlingua: Diabete
Bahasa Indonesia: Diabetes melitus
Ido: Diabeto
íslenska: Sykursýki
italiano: Diabete mellito
日本語: 糖尿病
Patois: Dayabiitis
Basa Jawa: Kencing Manis
қазақша: Қант диабеті
ಕನ್ನಡ: ಮಧುಮೇಹ
한국어: 당뇨병
Кыргызча: Кант диабети
Lëtzebuergesch: Diabetes mellitus
latviešu: Cukura diabēts
македонски: Шеќерна болест
മലയാളം: പ്രമേഹം
मराठी: मधुमेह
Bahasa Melayu: Penyakit kencing manis
မြန်မာဘာသာ: ဆီးချိုရောဂါ
नेपाली: मधुमेह
नेपाल भाषा: मधुमेह
Nederlands: Diabetes mellitus
norsk nynorsk: Diabetes mellitus
norsk: Diabetes
Oromoo: Diabetes
ଓଡ଼ିଆ: ମଧୁମେହ
ਪੰਜਾਬੀ: ਸ਼ੱਕਰ ਰੋਗ
Kapampangan: Diabetes mellitus
Papiamentu: Diabétis Mellitus
polski: Cukrzyca
پنجابی: شوگر
português: Diabetes mellitus
Runa Simi: Misk'i unquy
română: Diabet zaharat
русиньскый: Цукрёвый діабет
संस्कृतम्: मधुमेहः
саха тыла: Диабет
سنڌي: ڊيابطس
davvisámegiella: Diabetes
srpskohrvatski / српскохрватски: Dijabetes
Simple English: Diabetes mellitus
slovenčina: Diabetes mellitus
slovenščina: Sladkorna bolezen
Soomaaliga: Sokorow
српски / srpski: Шећерна болест
Basa Sunda: Diabétes mélitus
svenska: Diabetes
Kiswahili: Kisukari
తెలుగు: మధుమేహం
Türkmençe: Süýjülik (kesel)
Türkçe: Diyabet
татарча/tatarça: Шикәр авыруы
українська: Цукровий діабет
اردو: ذیابیطس
oʻzbekcha/ўзбекча: Qandli diabet
Tiếng Việt: Tiểu đường
吴语: 糖尿病
ייִדיש: צוקערקרענק
中文: 糖尿病
Bân-lâm-gú: Thn̂g-jiō-pēⁿ
粵語: 糖尿