İss vuruşması

"İsgəndər İss vuruşmasında III Dara ilə döyüşür", Neapol Milli Arxeologiya Muzeyi

İss vuruşmasıIII Daranın özünün başçılıq etdiyi İran orduları ilə Makedoniyalı İsgəndərin ikinci döyüşü[1].

Döyüş e.ə. 333-cü ildə İss şəhəri ərazisində, dənizlə dağlar arasındakı ensiz vadidə (Şimali Suriya sərhədlərində) baş verib. Bu vuruşma yunan-makedoniyalıların qələbəsi ilə nəticələnib və farslar darmadağın edilib. III Dara hərb meydanından rüsvayçılıqla qaçıb, İsgəndər isə xeyli qənimət ələ keçirib. O, şahənşahın anasını, arvadını və iki qızını da özü ilə aparıb. Bu vuruşmada farslarla birlikdə madalılar da iştirak edib.

İkinci döyüş nəticəsində bütün Kiçik Asiya İsgəndərinixtiyarına keçdi. Makedoniya əleyhinə hərəkatın geniş miqyas alıb Makedoniyanın, Frakiyanın, Yunanıstanın, Kritin, Kiçik Asiyanm bir çox vilayətlərini bürüməsinə, habelə Finikiyanın və Fələstinin iri ticarət şəhərlərinin (Tir və Qazanın) güclü müqavimət göstərməsinə baxmayaraq, İsgəndər öz düşmənlərinə qalib gəlib Misirə yiyələndi və e.ə. 332/331-ci illərin qışını orada keçirdi. Beləliklə, Makedoniya padşahı Aralıq dənizinin şərq sahillərindəki limanların hamısını tutdu, farsların donanmasını bazalardan məhrum etdi, dənizdə hökmranlığı ələ keçirdi və öz gediş-gəliş yollarından təhlükəni dəf etdi.

  • İstinadlar

İstinadlar

  1. Fəxrəddin Məmmədov, "Azərbaycan tarixi" (izahlı xronologiya), Bakı: "Elm və təhsil", 2010. səh. 27
Digər dillərdə
العربية: معركة إسوس
български: Битка при Иса
bosanski: Bitka kod Isa
čeština: Bitva u Issu
Ελληνικά: Μάχη της Ισσού
Esperanto: Batalo de Iso
euskara: Issosko gudua
français: Bataille d'Issos
עברית: קרב איסוס
hrvatski: Bitka kod Isa
Bahasa Indonesia: Pertempuran Issos
한국어: 이소스 전투
lietuvių: Iso mūšis
македонски: Битка кај Ис
português: Batalha de Isso
srpskohrvatski / српскохрватски: Bitka kod Isa
slovenčina: Bitka pri Isse
slovenščina: Bitka pri Isu
српски / srpski: Битка код Иса
Türkçe: İssos Savaşı
українська: Битва при Іссі
Tiếng Việt: Trận Issus