İpoteka

İpoteka krediti — öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınan əşyaların girovudur. İpoteka qoyan ipoteka predmeti olan əşyanı girov qoyan şəxsdir. İpoteka qoyan həm borclu, həm də üçüncü şəxs ola bilər. İpoteka saxlayan ipoteka hüququ olan və ipoteka qoyanın digər kreditorlarına nisbətən üstün qaydada ipoteka predmeti hesabına əsas öhdəliyin icrasını tələb etmək hüququ olan şəxsdir, o cümlədən ipoteka kağızının qanuni sahibidir.[1]

İpoteka dəyəri şəxsi vəsaitlərindən daha çox olan mənzil (ev) almağı planlaşdıran insanlar üçün lazımdır. İpoteka krediti mənzil (ev) almaq üçün kifayət qədər vəsait olmadıqda belə, insanlara öz şəxsi mənzillərində yaşamaq imkanı yaradır.[2]

Azərbaycan banklarında ipoteka krediti üzrə aylıq ödənişlər ya aylıq annuitet, ya da əsas borcun bərabər hissələrlə bağlanması yolu ilə həyata keçirilir. Annuitet ödəniş ipoteka krediti üzrə elə ödəniş formasıdır ki, bu zaman aylıq ödənişin məbləği bütöv kredit müddəti ərzində dəyişilmədən, sabit qalır.

  • İstinadlar

İstinadlar


Digər dillərdə
العربية: رهن
مصرى: رهن
català: Hipoteca
dansk: Pant
Deutsch: Hypothek
English: Mortgage law
Esperanto: Hipoteko
español: Hipoteca
eesti: Hüpoteek
euskara: Hipoteka
فارسی: رهن
suomi: Kiinnitys
galego: Hipoteca
עברית: משכנתה
magyar: Zálogjog
italiano: Ipoteca
日本語: 譲渡抵当
ქართული: იპოთეკა
한국어: 저당권
Latina: Hypotheca
Lëtzebuergesch: Hypothéik
lietuvių: Hipoteka
norsk: Hypotek
polski: Hipoteka
português: Hipoteca
română: Ipotecă
русский: Ипотека
Simple English: Mortgage
slovenščina: Hipoteka
српски / srpski: Хипотека
svenska: Hypotek
தமிழ்: அடமானம்
Türkçe: Rehin (ekonomi)
татарча/tatarça: Ипотека
українська: Іпотека
اردو: رہن
中文: 抵押
粵語: 借錢