İnsan İnkişafı İndeksi

2014-cü ilin hesabatına əsasən dünya ölkələri üzrə İİİ göstəricisi.
     Çox yüksək      Aşağı
     Yüksək      Məlumat yoxdur
     Orta

İnsan İnkişafı İndeksi (İİİ)1990-cı ildən etibarən hər il BMT-nin İnkişaf Proqramı tərəfindən nəşr edilən "İnsan İnkişafı Hesabatı"nda dünya ölkələrində əhalinin rifahını əks etdirən göstərici.

Bu indeks əhalinin rifahını ÜDM-dən daha geniş şəkildə özündə ehtiva edir. İİİ insan inkişafının üç ölçüsünü özündə birləşdirir:

  • uzun və sağlam ömür (orta ömür uzunluğu əsasında hesablanır);
  • təhsil səviyyəsi (böyüklər arasında savadlılıq, həmçinin ibtidai, orta və ali məktəblərdə təhsil alanların say nisbəti əsasında hesablanır);
  • layiqli yaşayış standartları (alıcılıq qabiliyyəti pariteti/AQP, gəlir əsasında hesablanır).

Lakin, bu indeks insan inkişafının müfəssəl, hərtərəfli ölçü vasitəsi deyil. Məsələn, buraya gender və ya gəlir bərabərsizliyi, insan hüquqları və siyasi azadlıqların təmin olunması kimi göstəricilər daxil edilmir. Buna baxmayaraq, məhz bu indeks insan inkişafının və gəlirlə rifah arasında qarşılıqlı mürəkkəb münasibətlərin nəzərdən keçirilməsi üçün daha geniş prizmanı təmin edir.

2009-cu il hesabatındakı reytinq sistemi istisna olmaqla əvvəlki illərdə reytinq 3 kateqoriyaya bölünmüşdür. Əvvəlki sistemdə 1-dən 63-dək yerləri insan inkişafının yüksək, 64-dən 146-dək yerləri orta, daha sonra isə aşağı olduğu ölkələr tuturdu. 2009-cu ildən etibarən ölkələr 4 kateqoriyaya bölünür. Yeni sistemdə əvvəlkinə əlavə olaraq "çox yüksək" kateqoriyası daxil edilmişdir.

1975-2004-cü illərdə İİİ trendi
      İƏİT       Şərqi AvropaMDB       Latın AmerikasıKarib hövzəsi       Şərqi Asiya      Ərəb ölkələri       Cənubi Asiya      Saharadan aşağı Afrika

İndeksin hesablanması metodu

İstənilən göstəricisini qiyməti 0 və 1 arasında dəyişən indeksə çevirmək üçün aşağıdakı formuldan istifadə edilir:

  • -indeks =

burada: təhlil edilən bütün ölkələr üzrə göstəricisinin minimal və maksimal qiymətləridir.

Hər hansı ölkənin İnsan İnkişafı İndeksi aşağıdakı 3 göstərici əsasında formalaşır:

1. Gözlənilən ömür müddəti indeksi (LEI) =

Doğumda gözlənilən ömür müddəti 85 il olduqda LEI 1-ə, 20 il olduqda isə 0-a bərabərdir.

2. Təhsil indeksi (EI) =

Orta təhsil müddəti indeksi (MYSI) =
Gözlənilən təhsil müddəti indeksi (EYSI) =

3. Gəlir indeksi (II) =

İnsan İnkişafı İndeksi isə bu üç göstəricinin həndəsi ortasıdır:

LE — Gözlənilən ömür müddəti
MYS — Əhalinin orta təhsil müddəti (illərlə)
EYS — Təhsili davam edənlərin gözlənilən təhsil müddəti (illərlə)
GNIpc — AQP-yə görə adambaşına düşən ÜMM ( ABŞ dolları ilə)

Digər dillərdə
føroyskt: HDI
hrvatski: HDI
Bahasa Indonesia: Indeks Pembangunan Manusia
مازِرونی: اچ‌دی‌آی
Plattdüütsch: Human Development Index
norsk: HDI
srpskohrvatski / српскохрватски: Indeks ljudskog razvoja
Simple English: Human Development Index