İdrisilər sülaləsi

İdrisilər sülaləsi789-985-ci illərdə Şimali Afrikada iqtirda olmuş ərəb xanədanı.

Tarixi

Xanədanın qurucusu, Həzrət Əlinin oğlu İmam Həsənin nəslindən olub, soyu Mərakeş şəriflərinin bir qolunu meydana gətirən İdris ibn Abdullah (I İdris), Fah Savaşının (786) ardından Məğribin mərkəzi Tancaya getmək məcburiyyətində qalmışdı. Daha sonra Velilada Əvrəbə adlı Bərbəri qəbiləsinin dəstəyiylə özünə dini və siyasi lider olaraq biət edilmiş, beləcə Velila mərkəz olmaq üzrə İdrisilərin təməlləri atılmışdı (789).

İdrisin oğlu atasının qurduğu Mərakeşi paytaxt etdi. Vəzirlik, katiblik və qazılıq kimi vəzifələri ihdas edərək dövlətini Ərəb-İslam dövləti tərzındə təşkilatlandırdı və gərçəkləşdirdiyi fəthlərlə ölkənin sınırlarını genişlətib İdrisiləri Məğrib-i Əqsanın ən güclü dövləti halına gətirdi. Kurtubada (Kordova) (817-818) və Tunisdə (824-826) meydana gələn üsyanlar üzündən qaçaraq Mərakeşə gələn ərəblərin dövlətin üst qədəmələrində görəvləndirilməsiylə İdrisilərin ərəb xarakteri gücləndi.

Dövlətin sınırları şərqdə Şəlif çayına ( Əlcəzayir) və Şimali Mərakeşdə Susa qədər uzanmaqdaydı. Ancaq onun vəfatından həmən sonra xanədan parçalanma müddətinə girdi. Vəliəhd olaraq yerinə keçən böyük oğlu Məhəmməd, ölkəni on iki qardaşından ərgənlik çağına çatan səkiziylə paylaşdı. Tilimsan və civarını isə öncədən olduğu kimi Süleyman b. İdris övladına buraxdı, paytaxt Fas və yörəsini özünə ayırdı. Bu uyğulama qısa müddətdə mərkəzi dövləti zəiflətdi və hər biri muxtariyət ardıca qaçan məhalli əmirliklərin ortaya çıxmasına zəmin hazırladı.

Digər dillərdə
aragonés: Idrisí
العربية: أدارسة
Deutsch: Idrisiden
Ελληνικά: Ιδρισίδες
فارسی: ادریسیان
suomi: Idrisidit
français: Idrissides
hrvatski: Idrisidi
magyar: Idríszidák
Bahasa Indonesia: Idrisiyyah
italiano: Idrisidi
ქართული: იდრისიდები
қазақша: Идрис әулеті
lietuvių: Idrisidai
Nederlands: Idrisiden
norsk: Idrisidene
polski: Idrysydzi
русский: Идрисиды
srpskohrvatski / српскохрватски: Idrisidi
svenska: Idrisider
Türkçe: İdrîsîler
українська: Ідрісиди