Ümumi Daxili Məhsul

Adambaşına düşən ÜDM (AQP) 2013-cü il üçün (USD)
* Maksimal: Qətər — 136 727 USD
* Minimal: Mərkəzi Afrika Respublikası — 604 USD
* Ortalama: 14 397 USD
* Ümumi dünya: 75,6 trillion USD

Ümumi Daxili Məhsul (ing. Gross Domestic Product - verilmiş zaman müddətində ölkə daxilində istehsal olunan əmtəə və xidmətlərin bazar dəyəridir. ÜDM, xüsusi zaman intervalı müddətində istehsal olunan mal və xidmətlər daxildir. Keçmişdə istehsal edilən məhsullara aid sövdələşmələr ÜDM-də əks olunmur. Adətən bu interval il və ya rüblərdir.

ÜDM istehsalın həcmini ölkənin coğrafi hüdudları daxilində ölçür. Məsələn, Rusiya şirkəti Azərbaycanda fəaliyyət göstərirsə, onun yaratdığı dəyər Azərbaycanın ÜDM-də əks olunur və əksinə Azərbaycan şirkəti Türkiyədə fəaliyyət göstərirsə, onun istehsal etdiyi məhsul və ya göstəridiyi xidmət Türkiyənin ÜDM-də əks olunacaq.

ÜDM ölkədə istehsal olunan və qanuni yolla satılan bütün əmtəə və xidmətləri əhatə edir. ÜDM bir neçə əsas məhsulun deyil, istehsal olunan hər məhsulun dəyərini özündə əks etdirir.

Nominal və real ÜDM

Nominal ÜDM – hesablamada istehsal edilən məhsulların aktual bazar qiyməti götürülür. Bu səbəbdən nominal ÜDM məhsulun qiymət dəyişikliklərindən asılıdır – yəni inflyasiya(deflyasiya) nəticəsində məhsulun qiyməti qalxdıqda(düşdükdə) nominal ÜDM da qalxır(düşür).

Məsələn, ölkədə cəmi 2 məhsul istehsal edilir, A və B məhsulları. 2007-ci ildə A məhsulundan 100 ədəd, B məhsulundan isə 200 ədəd istehsal edilib. A məhsulunun 2007-ci ildə bazar qiyməti 30, B məhsulununku isə 20 pul vahididir. Bu halda 2007-ci ildə ÜDM = 100 * 30 + 200 * 20 = 7000. 2008-ci ildə 10% inflasiya olduğu halda və istehsalın artmadığı halda nominal ÜDM 100 * 33 + 200 * 22 = 7700 olur. Gördüyümüz kimi hətta istehsalın artmadığı halda nominal ÜDM 700 pul vahidi artdı.

Məhsulun qiymətindən asılılığı aradan qaldırmaq və səhv yanaşmadan yayınmaq üçün real ÜDM hesablanır. Real ÜDM-da qiymət dəyişiklikləri nəzərə alınır. Bunun üçün bir il əsas götürülməli və növbəti illərdə əsas götürülmüş ilin qiymətləri tətbiq edilməlidir. Yuxarıdakı misalda 2008-ci ildə real ÜDM = 100 * 30 + 200 * 20 = 7000. Bu o deməkdir ki, əsas il olaraq 2007-ci il götürüldükdə 2008-ci ildə real ÜDM-un artımı 0%, nominal ÜDM-un artımı isə 10% təşkil edəcək.

ÜDM deflyator nominal ÜDM-un real ÜDM-a nisbətini göstərir: MİSAL

Yuxarıdakı misalda 2008-ci ildə:

Digər dillərdə
беларуская (тарашкевіца)‎: Сукупны ўнутраны прадукт
Nordfriisk: BIP
客家語/Hak-kâ-ngî: Koet-nui Sên-sán Chúng-chhṳ̍t
Bahasa Indonesia: Produk domestik bruto
日本語: 国内総生産
한국어: 국내총생산
къарачай-малкъар: Бютеулюк ич продукт
مازِرونی: جی‌دی‌پی
Plattdüütsch: Bruttobinnenlandprodukt
norsk nynorsk: Bruttonasjonalprodukt
davvisámegiella: Bruttoálbmotbuvttadus
srpskohrvatski / српскохрватски: Bruto domaći proizvod
Simple English: Gross domestic product
татарча/tatarça: Тулаем эчке продукт
удмурт: ВВП
ئۇيغۇرچە / Uyghurche: مىللى دارامەت
oʻzbekcha/ўзбекча: Yalpi ichki mahsulot
vèneto: PIL